18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qazaxıstanda müstəqillik elan edən qrup saxlanılıb
Tarix: 18-04-2023 15:44 | Bölmə: Dünya
Qazaxıstanda müstəqillik elan edən qrup saxlanılıb

Qazaxıstanın şimalında, Rusiya sərhədinə yaxın Petropavlovski şəhərində “Müstəqillik elan edən Fəhlə Xalq Şurası”nın 3 üzvü separatçılıq ittihamı ilə saxlanılıb.

Reyting.az
xəbər verir ki, Şimali Qazaxıstan Dövlət Prokurorluğundan verilən açıqlamaya görə, sosial mediada “İşçi Xalq Şurası”nın yaradılması ilə bağlı görüntülərdən sonra başladılan istintaq çərçivəsində Petropavlovskidə 3 nəfər nəzarət altına alınıb.

“İstintaq zamanı müəyyən edilib ki, 2023-cü il martın 19-da özünü Sovet İttifaqının varisləri kimi təqdim edən 20 nəfərdən ibarət “Fəhlə Xalq Şurası” qrupunun üzvlərinin 2023-cü il martın 19-da iclası keçirilib. İclasda şura üzvləri ölkənin konstitusiya quruluşuna və ərazi bütövlüyünə istinad edərək, Qazaxıstanın legitimliyini tanımadıqlarını və müstəqilliyini rədd etdiklərini bildirən bəyannamə imzalayıblar. Onların fəliyyətində separatizm əlamətləri müəyyən edilib”,- məlumatda deyilir.

Bildirilir ki, 3 şübhəli barəsində separatçılıq və dövlətin təhlükəsizliyinə xələl gətirən təbliğat aparma maddələri ilə cinayət işi açılıb. Bu maddələrə uyğun olaraq 10 ilədək həbsin mübahisəsiz cəza tədbiri ola biləcəyi qeyd edilir.

Bəyanatda saxlanılan 3 nəfərin məhkəmədən əvvəl təcridxanaya yerləşdirildiyi, digər görüş iştirakçılarına da obyektiv və hərtərəfli hüquqi qiymət veriləcəyi elan edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər