Çin nüvə başlıqlarının sayını 5 dəfə artıra bilər
Tarix: 18-04-2023 23:41 | Bölmə: Dünya
Çin nüvə başlıqlarının sayını 5 dəfə artıra bilər

Pekin nüvə başlıqlarının sayını 1500-ə çatdıra bilər. Reyting.az xarici KİV-lərə istinadla əbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, bu, 2035-ci ilə qədər baş verə bilər.

NATO baş katibi hesab edir ki, Çin qlobal güc olduğu üçün qlobal məsuliyyət daşıyır.

Onun fikrincə, silahlara nəzarət məsələsində təhlükəsizliyin artması Alyansın ümumi maraqlar naminə qarşılıqlı əlaqədə olduğu Çinin maraqlarından irəli gəlir.

Qeyd edək ki, müxtəlif hesablamalara görə, hazırda Çində təxminən 300-350 nüvə başlığı var.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}