16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyada təyyarə qəzası baş verib
Tarix: 26-04-2023 20:28 | Bölmə: Dünya
Rusiyada təyyarə qəzası baş verib

Rusiyanın Murmansk vilayətində MiQ-31 qırıcı təyyarə qəzaya uğrayıb. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəza bu gün planlaşdırılmış təlim uçuşu zamanı baş verib. Təyyarənin boş yerə düşdüyü, hər iki pilot xilas olduğu bildirilir.

Pilotlar axtarış-xilasetmə helikopteri vasitəsilə tez təxliyə edilib. Ekipajın həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}