18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Əfsanəvi yarımmüdafiəçi başqa komandada oynayacaq
Tarix: 08-08-2023 18:46 | Bölmə: İdman
Əfsanəvi yarımmüdafiəçi başqa komandada oynayacaq

Son 5 mövsümü Yaponiyanın "Vissel Kobe" klubunun heyətində keçirən əfsanəvi ispan yarımmüdafiəçi Andres İnyesta BƏƏ-ni təmsil edən “Emirates” komandası ilə müqavilə imzalayıb. Reyting.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqavilə 2024-cü ilin yayına kimi hesablanıb.

Xatırladaq ki, 39 yaşlı İnyesta 22 ilini "Barselona"da keçirib və bu komanda ilə 32 kubok qazanıb. İnyestanın 131 oyun keçirdiyi vaxt İspaniya millisi iki Avropa çempionatı və Dünya Kubokunun qalibi olub. Onun yaponiyalı “Vissel Kobe” ilə də iki kuboku var.

Daha əvvəl Qazaxıstan “İrtış”ını təmsil edən serbiyalı müdafiəçi Uros Vitas da “Əmirlik”də çıxış edir. Əmirliklərin ərizəsində 19 əcnəbi oyunçu var (ümumi oyunçuların 45,2%-i).

E. KAMAL
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}