"Qarabağ"-HİK oyununa neçə bilet satılıb? - Açıqlama
Tarix: 10-08-2023 17:24 | Bölmə: İdman
"Qarabağ"-HİK oyununa neçə bilet satılıb?

Bakıda "Qarabağ" və Finlandiyanın HİK komandası arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa satılmış biletlərin sayı açıqlanıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş üçün indiyədək 18000 bilet satılıb.

Biletlərin qiyməti, müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlar üçün biletlərin qiyməti 200 manatdır.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}