"Qəbələ"nin futbolçusu Yunanıstan klubuna keçir
Tarix: 02-01-2020 13:37 | Bölmə: İdman
"Qəbələ"nin futbolçusu Yunanıstan klubuna keçir

"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

Reyting.az
sport24.gr saytına istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini "Lamiya" transfer etməyə hazırlaşır.

Seneqallı futbolçunun Superliqa təmsilçisinin təklifinə müsbət yanaşdığı, transfer üçün vizanın həll olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın “Levadiakos” klubunda çıxış edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}