Millimizin sabiq baş məşqçisi vida mesajı yazıb
Tarix: 03-01-2020 23:41 | Bölmə: İdman
Millimizin sabiq baş məşqçisi vida mesajı yazıb

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç vida mesajı yazıb.

Reyting.az
xəbər verir ki, xorvatiyalı mütəxəssis özünü "Feysbuk" səhifəsi vasitəsilə yığmamızla sağollaşıb.

Hazırda Zaqrebdə istirahət edən N. Yurçeviç yazıb:

"Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə liderlik etdim. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstəkçilərə, AFFA-ya... İndi yeni fürsətlər üçün səbirsizlənirəm".

Qeyd edək ki, yığmamız Nikola Yurçeviçin rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 8 matçda cəmi 1 xal toplayıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}