09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Milli komandanın baş məşqçiləri rüşvətə görə qovulub
Tarix: 04-01-2020 17:54 | Bölmə: İdman
Milli komandanın baş məşqçiləri rüşvətə görə qovulub

Qana Futbol Assosiasiyası (GFA) bütün kişi və qadınlardan ibarət milli komandaların baş məşqçilərini qovmağı qərara alıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım araşdırma xarakterli sənədli filmdə səsləndirilmiş rüşvət və korrupsiya ittihamlarından sonra atılıb. Beləliklə, GFA prezidenti vəzifəsinə 2019-cu ilin oktyabrında seçilmiş Kurt Okraku radikal qərar qəbul edib.

Qeyd edək ki, Qananın kişilərdən ibarət millisinin baş məşqçisi Kvesi Appia idi. O, ilk dəfə 2012 - 2014-cü illərdə rəhbərlik etdikdən sonra 2017-ci ildə ikinci dəfə komandanın sükanı arxasına keçmişdi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər