"Qarabağ" Beqoviçin komandaya qayıdacağına dair xəbərlərə aydınlıq gətirib
Tarix: 09-01-2020 00:25 | Bölmə: İdman
"Qarabağ" Beqoviçin komandaya qayıdacağına dair xəbərlərə aydınlıq gətirib

Bu gün Britaniya mətbuatında müqavilə ilə "Bornmut"a məxsus olan Asmir Beqoviçin karyerasını "Qarabağ"da davam etdirə biləcəyinə dair xəbərlər yayılıb.

Ağdam klubunun direktoru Əmrah Çelikel məsələyə münasibət bildirib.

Reyting.az-ın məlumatına görə, Ə. Çelikel Qol.az-a açıqlamasında deyib ki, bosniyalı qapıçının transfer qiyməti Ağdam təmsilçisinə uyğun deyil: "Beqoviçə görə klublar arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcənin üstündədir".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}