İran XİN: "Ukrayna təyyarəsi raketlə vurulmayıb"
Tarix: 10-01-2020 13:23 | Bölmə: İdman
İran XİN: "Ukrayna təyyarəsi raketlə vurulmayıb"

Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsi raketlə vurulmayıb.

Bu barədə İranın Mülki Aviasiya Təşkilatından bildirilib.

Bundan əlavə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi qəzanın başvermə səbəblərinin araşdırılmasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına uyğun olaraq aparıldığını söyləyib.

"İran Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində vətəndaşları ölən ölkələrin mütəxəssislərinin istintaqda iştirakını alqışlayır. Bu ölkələri əldə etdikləri məlumatları qəzanın istintaqını aparan İran komitəsinə ötürməyə çağırırıq”, - XİN rəsmisi deyib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}