11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
AFFA daha 3 nəfəri danışılmış oyunlara görə cəzalandırıb
Tarix: 10-01-2020 16:53 | Bölmə: İdman
AFFA daha 3 nəfəri danışılmış oyunlara görə cəzalandırıb

AFFA İntizam Komitəsi danışılmış oyunlarla əlaqədar növbəti cəzalar tətbiq edib.

Cəzalar "Səbail-2, "Qarabağ" klubunun oyunlarında qeydə alınmış şübhəli məqamlarla əlaqədar verilib.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ” FK-nın sabiq oyunçusu

Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu

Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}