14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan millisinə baş məşqçi təyin olunub
Tarix: 10-01-2020 17:51 | Bölmə: İdman
Azərbaycan millisinə baş məşqçi təyin olunub

Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev məşqçilik karyerasını bərpa edib.

Apasport-un məlumatına görə, 38 yaşlı mütəxəssis yenidən yığmada çalışacaq.

Millinin sabiq kapitanı Azərbaycan Basketbol Federasiyası Məşqçilər Şurasının təklifi ilə 16 yaşadək komandamızın baş məşqçisi təyin olunub. O, bu postda Elşən Yusubovu əvəzləyib.

Qeyd edək ki, ötən il basketbol üzrə Azərbaycan çempionatında qalmaqaldan sonra Baxşıyev U-20 yığmamızdan uzaqlaşdırılmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}