17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Qarabağ”ın qapıçısı İFFHS-nin siyahısına düşüb
Tarix: 14-09-2020 11:42 | Bölmə: İdman
“Qarabağ”ın qapıçısı İFFHS-nin siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Premyer Liqada 660 quru dəqiqə limitini arxada qoyub.

PFL-nin məlumatına görə, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün vacib olan göstəricini “Keşlə” ilə 2-ci turun matçında arxada qoyub – 0:0. Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan qolkiper artıq 673 dəqiqədir qapısını toxunulmaz saxlayır. Onun qapısına son qolu həmin görüşün 47-ci dəqiqəsində Tural Bayramlı vurub.

Ötən mövsümün son 6 turunda “Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0), “Sumqayıt” (1:0), “Sabah” (0:0) və “Keşlə”dən (2:0) qol buraxmayan Məhəmmədəliyev cari çempionatda ilk turu buraxıb. Hesabat turunda meydana çıxan qapıçı ardıcıl 7-ci quru oyununa imza atıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}