Püşklər atılıb, "Qarabağ"ın rəqibi bəlli olub
Tarix: 13-12-2021 17:29 | Bölmə: İdman / Xəbərlər
Püşklər atılıb, "Qarabağ"ın rəqibi bəlli olub

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılıb.

Reyting.az
-ın məlumatına görə, tədbirdə qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən klublar 8 cüt təşkil edib.

Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq. Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşməyib.

Pley-offda qrup ikinciləri Avropa Liqasının üçüncü yer sahibləri ilə görüşəcək. İlk matç sonuncuların meydanında baş tutacaq:

“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)

PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)

“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)

“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)

“Lester” (İngiltərə) - “Randers” (Danimarka)

“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)

“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)

“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə).

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər