Bu gün "Qarabağ"-"Kəpəz" qarşılaşması olacaq
Tarix: 01-09-2022 07:37 | Bölmə: İdman / Xəbərlər
Bu gün "Qarabağ"-"Kəpəz" qarşılaşması olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Reyting.az
-ın məlumatına görə, ilk gün bir oyun keçiriləcək.

Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. 4 oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu yerdədir.

Bölgə komandaları indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 67:54.

"Köhlən atlar" Premyer Liqadakı son 7 görüşün hamısında meydanı 3 xalla tərk edib. "Kəpəz" isə son 4 qarşılaşmada rəqibinə qol vura bilməyib.

Azərbaycan Premyer Liqası

V tur

1 sentyabr


19:00 “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun "Şamaxı" - "Turan Tovuz" və "Neftçi" - "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}