Ölkə tarixində ən böyük təbii qaz ehtiyatı tapılıb
Tarix: 06-12-2024 09:58 | Bölmə: İqtisadiyyat
Ölkə tarixində ən böyük təbii qaz ehtiyatı tapılıb

Kolumbiya və Braziliyanın dövlət neft şirkətləri “Ecopetrol” və “Petrobras” açıqlama ilə çıxış ediblər.

Reyting.az
xəbər verir ki, iki neft şirkətinin açıqlamasına görə, Kolumbiyanın Santa Marta şəhərindən 77 kilometr uzaqlıqda aparılan araşdırmalar nəticəsində ən böyük təbii qaz ehtiyatı tapılıb.

“Petrobras” bildirib ki, kəşf “Sirius-2” quyusunun açılması sayəsində mümkün olub. Bu quyu 2023-cü il iyunun 19-da qazılmağa başlayıb və GUA-OFF-0 bloku daxilində, 830 metr dərinlikdə yerləşir.

Kəşflə bölgədə trilyon kub fut təbii qaz ehtiyatının olduğu müəyyən edilib. Bu məbləğin Kolumbiyanın mövcud təbii qaz ehtiyatlarını 200 faiz artıra biləcəyi açıqlanıb. Bildirilir ki, istehsala 3 il ərzində başlanıla bilər. Bu proses yalnız ekoloji lisenziyalar alındıqda və iqtisadi şərtlər “Petrobras” və “Ecopetrol” üçün uyğun olduqda baş verəcək.

Kəşflə əlaqədar olaraq, “Petrobras” və “Ecopetrol” cəmi 4,1 milyard dollar investisiya planlaşdırır. Bu büdcə kəşfiyyat və hasilatın işlənməsi proseslərinə ayrılacaq, dəniz dibində qurulacaq hasilat sistemləri və quruda təmizləyici qurğuya çatacaq boru kəmərlərinin çəkilişini əhatə edəcək.

“Ecopetrol” qeyd edir ki, bu kəşf Kolumbiyanın enerji təhlükəsizliyini gücləndirmək və təbii qaz ehtiyacını ödəmək üçün əhəmiyyətlidir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər