Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır
Tarix: 06-12-2024 14:56 | Bölmə: İqtisadiyyat
Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd, yəni 100 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər