20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
22 sığorta şirkəti 361,337 milyon manat toplayıb
Tarix: 18-07-2019 13:35 | Bölmə: İqtisadiyyat
22 sığorta şirkəti 361,337 milyon manat toplayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 361,337 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% azdır.

Altı ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 119,102 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 0,2% azdır.

2019-cu ilin yanvar-iyun aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 30,1 manat olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər