20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
121 şəhidin ailəsinə birdəfəlik kompensasiya veriləcək
Tarix: 22-10-2019 13:34 | Bölmə: İqtisadiyyat
121 şəhidin ailəsinə birdəfəlik kompensasiya veriləcək

Prezident İlham Əliyevin müvafiq fərmanının icrası işlərinin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Bu zaman vərəsələrə ödənişin onların hesablarına köçürüldüyü barədə rəsmi bildiriş göndəriləcək.

Ümumilikdə, 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 740 şəhidin 17 479 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 96 faiz icra olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər