20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Paytaxtın icra başçıları fonda 500 min manat köçürüblər
Tarix: 25-03-2020 12:19 | Bölmə: İqtisadiyyat
Paytaxtın icra başçıları fonda 500 min manat köçürüblər

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

BŞİH-dən Reyting.az-a verilən məlumata görə, təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər