Rusiyadan Qarabağa növbəti avtomobil karvanı gəlib
Tarix: 24-11-2020 17:54 | Bölmə: İqtisadiyyat
Rusiyadan Qarabağa növbəti avtomobil karvanı gəlib

Rusiya Fövqəladə Hallar Nazirliyinin humanitar yardım daşıyan daha bir avtomobil karvanı Dağlıq Qarabağa – Xankəndi şəhərinə gəlib. Reyting.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Rostov-Don şəhərindən yola salınan 20 “KamAZ”da 300 ton tikinti materialı: taxta, şüşə və plitələr Qarabağdakı ermənilərə çatdırılıb. Bu materiallar yaşayış binalarının və Dağlıq Qarabağın infrastrukturunun bərpasında istifadə ediləcəkdir.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Donskoy Xilasetmə Mərkəzinin rəis müavini Sergey Qolovaç jurnalistlərə deyib ki, karvanla gələn yük avtomobilləri 1700 kilometr yol qət ediblər.

Qeyd edək ki, noyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin ilk avtomobil karvanı (beş avtomobillə) Xankəndiyə 45 ton inşaat materialı çatdırmışdı.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}