Daha bir Baş redaktor seçkiyə gedir
Tarix: 15-12-2019 13:51 | Bölmə: Xəbərlər
Daha bir Baş redaktor seçkiyə gedir

"Dostlar, tanışlar qarşıdakı parlament seçkilərində iştirak edib-etməyəcəyimi soruşurlar. Deyim: inşallah, iştirak etmək niyyətində və əzmindəyəm! Həm də təkcə bir media təmsilçisi, keçmiş siyasətçi olaraq yox, haqq savaşına, Vətənin işğaldan azadlığına hazırlaşan bir Ordunun ehtiyatda səbrlə öz zamanını - hücum anını gözləyən zabiti kimi...".

Reyting.az
xəbər verir ki, bu sözləri Strateq.az saytının Baş redaktoru Elxan Şükürlü sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, biz düşmənlə yalnız cəbhə xəttində, səngərdə yox, hər yerdə, hər müstəvidə sonadək savaşmağı və öz haqlı mövqeyimizi ortaya qoymağı, sübuta yetirməyi bacarmalıyıq: "Azərbaycanın yeni parlamentində təkcə bir dairə seçicilərinin deyil, həm də onun Silahlı Qüvvələrinin, qazilərinin, döyüşçü və şəhid ailələrinin maraqlarını qorumağı özünün şərəf işi, namus borcu bilən şəxslər niyə də olmasın ki?!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}