Amerika şirkəti “Aztelekom”u məhkəməyə verib - İttiham
Tarix: 26-01-2020 10:41 | Bölmə: Xəbərlər
Amerika şirkəti “Aztelekom”u məhkəməyə verib

20 ildir internet bazarında fəaliyyət göstərən Amerikanın “Avirtel” şirkəti "Aztelekom" MMC-ni məhkəməyə verib.

Reyting.az
xəbər verir ki, bu barədə Bizimyol.info-ya şirkətin hüquqşünası Qəzənfər Paşayev məlumat verib.

O qeyd edib ki, təmsil etdiyi şirkət haqsız rəqabət və süni inhisarçılıq fəaliyyətinin nəticəsi olaraq 10.000-dən artıq müştəri itirib.

“Tək “Avirtel” yox, internet bazarında fəaliyyət göstərən digər yerli şirkətlər də xeyli sayda müştəri itkilərinə məruz qalmış, həmçinin müştərilərin də təməl hüquqlarından biri olan seçim hüquqları pozulmuşdur.

Bəzi müştərilər məsələ ilə bağlı sosial şəbəkələrdə petisiyalar başlatmışlar. Prezidentin “Strateji Yol Xəritəsi”ndə qeyd olunanların əksinə hərəkət edən "Aztelekom" MMC süni inhisarçılıq fəaliyyətini həyata keçirərkən çox təəssüflər olsun ki, Prezidentin Fərmanını əldə rəhbər tuturlar. Cənab Prezidentin hər zaman xarici investisiyanın qorunması, sahibkarlar üçün rəqabətli mühitin yaradılması istiqamətində dəfələrlə çıxışları olmasına baxmayaraq "Aztelekom" bütün bunların əksinə gedərək internet sektorunda inhisarçılığın yaranmasına, ölkəmizin imicinin beynəlxalq aləmdə zədələnməsinə şərait yaradır.

"Aztelekom" MMC tərəfindən yaradılan süni maneələrlə bağlı məhkəməyə müraciət olunub (İddia tələbi: 5 milyon məbləğində dəymiş maddi zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq "Aztelekom" şəbəkəsinə qoşulmuş müştərilərin geri qaytarılması)”.

Məlumata görə, yanvarın 28-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Avirtel” MMC və "Aztelekom" MMC arasındakı məhkəmə mübahisəsinə baxılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}