16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Səddam Hüseynin kürəkəni həbsdən çıxdı - Foto
Tarix: 03-07-2020 19:55 | Bölmə: Xəbərlər
Səddam Hüseynin kürəkəni həbsdən çıxdı

İraq mənbələri Səddam Hüseynin kiçik qızı Həlanın əri Camal Mustafa Abdullah əl-Sultanın həbsdən azad olduğunu bildirib.

Reyting.az
“Shafaqnews”-a istinadla xəbər verir ki, keçmiş diktatorun kürəkəni əvvəllər qəbilə-tayfa işləri üzrə nazir olub.

15 illik cəzasını bitirdikdən sonra o, azad edilib. Camal Mustafa Abdullah əl-Sultan cəzaları bitmiş 3 yüksək səviyyəli Səddam məmurlarından biridir.

Səddam dövründə Bəsrə valisi general-mayor Vəlid Həmid Təvfiq əl-Nasiri əl-Tikriti və İraq diktatorunun xüsusi mühafizə dəstəsinin komandiri Bərzan Əbdül Qafur Süleyman əl-Məcid 15 illik cəzaları bitirdikdən sonra İraqdakı Əl-Hout həbsxanasından sərbəst buraxılmış digər iki nəfərdir.

Səddam Hüseynin kürəkəni həbsdən çıxdı

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}