Qüdrət Həsənquliyev Azərbaycan qadınlarını təbrik edib
Tarix: 08-03-2021 11:53 | Bölmə: Xəbərlər
Qüdrət Həsənquliyev Azərbaycan qadınlarını təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıb.

BAXCP-nin mətbuat xidmətinin məlumatına görə, Q. Həsənquliyev deyib ki, bu arzuların çin olması qadınlarımızdan da çox asılıdır:

“Kaş ki, bəzi xanımlarımızın düşündüyü kimi onlara layiq olduqları gözəl həyatı kişilər yarada biləydi. Amma təəssüf ki, reallıqda bu mümkün deyil. Qadınlarımız ərlərini, ata və qardaşlarını, oğullarını başlarını aşağı salıb “özlərini qorumağa”, bununla da cəmiyyəti mütiləşdirməyə aparmağa yox, onları haqsızlığa göz yummamağa, hüququ pozulanların yanında olub ədaləti müdafiə etməyə çağırmalı, onlarla birlikdə güclü hüquqi dövlət, mülki cəmiyyət quruculuğu prosesində fəal iştirak etməlidirlər. Yalnız bu zaman böyük tərəqqiyə və uğurlara imza ata bilərik”.

Partiya sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı qadınlarımızın öz ata və oğullarını, ərlərini, qardaşlarını necə mətanətlə müharibəyə yola salmasını gördük və onlarla qürur hissi keçirdik:

“Vətən müharibəsində əzizlərini itirmiş bütün qadınlarımıza bir daha dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyirəm.

Allah bütün qadınlarımızı arzularına çatdırsın”.





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}