15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Tovuzda itkin düşən aşığın meyiti tapılıb
Tarix: 25-11-2021 14:57 | Bölmə: Xəbərlər
Tovuzda itkin düşən aşığın meyiti tapılıb

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Məlumata görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımov noyabrın 20-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir/APA.




Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib