14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Putin Türkiyəyə gedir? - Peskovdan açıqlama
Tarix: 17-05-2022 12:57 | Bölmə: Xəbərlər
Putin Türkiyəyə gedir?

Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.

Bunu “Yeni Şafak” qəzeti yazıb.

Məlumata görə, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Nəşr yazıb ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah, mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.

Bundan başqa, qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.

Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir/Report.

***

"Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfəri gözlənilmir".

Reyting.az
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, səfərlə bağlı yayılan xəbər doğru deyil: "Yaxın günlərdə Putin Ankaraya səfərinə hazırlıq getmir".

Xatırladaq ki, Türkiyədə iqtidara yaxın  olan "Yeni Şafak" qəzeti belə səfərin yaxın günlərdə başlayacağı barədə xəbər yayıb.

Qeyd edək ki, Türkiyə KİV-i Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}