Nobel mükafatı qalibinin adı açıqlanıb
Tarix: 03-10-2022 13:48 | Bölmə: Xəbərlər
Nobel mükafatı qalibinin adı açıqlanıb

Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.

Nobel Komitəsinin məlumatına görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb.

Qalibin adının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub.

Qalibin adını Nobel Fiziologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb.

Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib. O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}