Bəstəkarlar İttifaqına yeni katiblər seçiblər
Tarix: 31-10-2019 16:18 | Bölmə: Mədəniyyət / Xəbərlər
Bəstəkarlar İttifaqına yeni katiblər seçiblər

Oktyabrın 31-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) İdarə Heyətinin iclası keçirilib.

ABİ-nin mətbuat xidmətinin məlumatına görə, İdarə Heyətinin üzvləri tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov və tanınmış musiqişünas, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova yekdilliklə yenidən İttifaqın katibləri seçiliblər.

İclas iştirakçıları həmçinin tanınmış musiqişünas, sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənovanı Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi vəsifəsinə seçilməsinə yekdilliklə səs veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}