20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
18:51 / 30-01-2026
Hacıqabul rayonunda vulkan püskürüb
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
18:07 / 30-01-2026
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
17:54 / 30-01-2026
İcra başçısı müavinini vəzifədən azad edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
17:40 / 30-01-2026
İqtisadi Şuranın iclası keçirilib
17:17 / 30-01-2026
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
16:43 / 30-01-2026
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:38 / 30-01-2026
Prezident Tədbirlər Planını təsdiqləyib
16:36 / 30-01-2026
Prezident onları mükafatlandırıb - Siyahı
16:30 / 30-01-2026
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
16:30 / 30-01-2026
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
16:14 / 30-01-2026
Baş Prokurorluq əhaliyə çağırış edib
15:50 / 30-01-2026
Sumqayıtda yaşayış binasında yanğın başlayıb
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
15:21 / 30-01-2026
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
15:11 / 30-01-2026
Fevral ayına olan hava proqnozu açıqlanıb
14:48 / 30-01-2026
Xamnəinin nümayəndəsi ABŞ-ı və müttəfiqlərini hədələyir
14:36 / 30-01-2026
Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb
14:26 / 30-01-2026
Hərbi prokurora köməkçi təyin olunub
14:15 / 30-01-2026
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
13:57 / 30-01-2026
Tramp Kuba ilə bağlı milli fövqəladə vəziyyət elan edib
13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rəssamlıqda ilk yolaçanlardan biri - Fotolar
Tarix: 22-12-2019 16:17 | Bölmə: Mədəniyyət / Xəbərlər

“Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli rəssam Tağı Tağıyevin rəngkarlıq və qrafika əsərlərindən ibarət albom işıq üzü gördü
Onları ilk yolaçanlar adlandırırdılar - Tağı Tağıyev, qardaşı Mahmud Tağıyev xanımı Xalidə Səfərova ilə, Səttar Bəhlulzadə, Kamil Xanlarov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Əbdül Xalıq, Böyükağa Mirzəzadə, Ələkbər Rzaquliyev və başqaları.
Bu nəsil Azərbaycan rəssamlarına milli mədəniyyət və estetika ənənələrinə möhkəm bağlılıq xas idi. Onlar zəngin yaradıcılıqlarında Qərbi Avropa ənənələrini sintez etməyə və milli təsviri incəsənətin xüsusiyyətlərini inkişaf etdirməyə çalışırdılar. Adlarını sadaladığımız rəssamlardan hər biri keçmiş təcrübəni dərk etmək üçün müəyyən yol qət edərək dünyagörüşünü ifadə edib, incəsənətin əsas obyekti olan gerçəkliyin interpretasiyasında öz individual bədii-plastik dilini axtarırdı.
Məhz belə fırça ustalarından sayılan Xalq rəssamı Tağı Tağıyevin rəngkarlıq və qrafika əsərləri toplanan albom “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin vasitəçiliyi ilə sənətsevərlərə təqdim olundu.
İnqilab günü rəssam kimi doğulan
Belə bir məşhur deyim var - Rəssam olmurlar, rəssam kimi doğulurlar. Bu fikri Xalq rəssamı Tağı Tağıyevə də şamil etmək olar. Tağı Tağıyev Bakıda adlı-sanlı zərgər Əzizağa kişinin ailəsində doğulub. O, anadan olan gün - 1917-ci il noyabrın 7-də dünya siyasətini dəyişən bir hadisə - inqilab baş vermişdi.
Babasının, atasının zərgərlik işləri Bakıdan çox-çox uzaqlarda da yaxşı tanınırdı, sonralar Tağının yaratdığı sənət əsərləri də dünyanın ən nüfuzlu muzeylərində sərgilənəcəkdi...
Tağı Tağıyev zərgər olmadı, o, rəngkarlığı seçdi. Lakin sözsüz ki, rəssamı körpəlikdən əhatə edən gözəllik, babasının, atasının gördükləri işə münasibətdə tələbkarlığı balaca Tağıda dünyanın estetik qavrayışını tərbiyə etməli idi. Hələliksə Tağı sənətdə ilk addımlarını atır, Bakıdakı rəssamlıq məktəbini uğurla bitirir. Ali təhsil almaq arzusu ilə 1940-ci ildə Moskvaya gedir və Surikov adına Rəssamlıq İnstitutuna daxil olur. Lakin cəmi bir il sonra dünyanı lərzəyə salan daha bir hadisə baş verir və gənc Tağının bütün planlarını alt-üst edir. Müharibənin başlaması səbəbindən tələbə-rəssam doğma Bakıya qayıtmalı olur. Arxa cəbhədə çalışır, fırçası ilə faşizmə qarşı savaşır, təbliğat plakatları çəkir, ideoloji vərəqələr hazırlayır. Həmin dövrdə Tağı Tağıyev tarixi mövzularda monumental tablolar da yaradır. İstedadlı rəssam yaxşı başa düşürdü ki, müharibə qəhrəmanlarının portretləri xalqın döyüş ruhunun möhkəmlənməsinə, kütlələrə ideoloji təsir göstərməsinə xidmət edir.

Xalq qəhrəmanı Koroğlunun portretini də rəssam məhz həmin dövrdə yaradır. Sənətşünaslar, həmin dövrü araşdıran mütəxəssislər Tağı Tağıyevin fırçasından çıxan Koroğlu portretini xalq qəhrəmanının Azərbaycan təsviri incəsənət tarixində ən gözəl obrazı sayırlar.
Ötən əsrin 40-cı illərində Tağı Tağıyevin həyatında əhəmiyyətli hadisələr baş verir, o, peşəkar rəssam kimi tanınmağa başlayır, ailə qurur. Səttar Bəhlulzadə və Kamil Xanlarov kimi qeyri-adi və bənzərsiz fırça ustaları ilə yaxından tanış olur. Özünü müxtəlif janrlarda sınayır. Müharibə qəhrəmanlarının portretləri ilə yanaşı doğma Bakının mənzərələri kimi ciddi epik əsərlər yaradır. “Dənizdən Bakının görüntüsü”, “Xalçasatan”, “Qara Qarayevin portreti” kimi məşhur əsərlər məhz həmin dövrdə çəkilib.
Portretlər qalereyası
Tağı Tağıyev 1940-50-ci illərdə bütöv bir portretlər qalereyası yaradır və özünü əsasən portret janrında çalışan bir sənətkar kimi tanıda bilir. Qara Qarayevin 1948-ci ilə aid portretində görkəmli Azərbaycan bəstəkarının zəngin daxili aləmi, onun dərin ziyalılığı o qədər inandırıcı göstərilib ki, bu işıqlı insanla mənəvi ünsiyyətdə olduğunu hiss edirsən.
Rəssam dostu Kamil Xanlarovun portretində də onun açıq baxışı, sadəlik və insanlığın inadkarlıqla çulğalaşdığı ziddiyyətli xasiyyətini dolğun təsvir edə bilib.
Tağı Tağıyevin Azərbaycanın görkəmli fırça ustası Səttar Bəhlulzadənin 1955-ci ildə yaratdığı portreti milli rəngkarlığın ən dəyərli nümunələrindən sayılır. Həmin əsəri rəssama R. Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadə sifariş verib və portret Səttar Bəhlulzadənin fərdi sərgisinə qədər hazır olmalı idi. Lakin təyin edilmiş vaxta qədər əsər üzərində iş hələ heç başlamamışdı. Bir neçə saat ərzində Tağı Tağıyev naturadan eskiz çəkir və bir gecəyə işi tamamlamağa nail olur.
Sultan Məhəmmədin, Molla Pənah Vaqifin, Bəhruz Kəngərlinin, Həzi Aslanovun portretləri rəssama şöhrət qazandırır.
İstedadlı rəssam 1940-ci illərdən başlayaraq Bakıda və sovet məkanında müxtəlif sərgilərdə iştirak edir. 1961-ci ildə Tağı Tağıyevin yaradıcılığında mühüm bir hadisə baş verir, tanınmış rəssam Afrika ölkələrinə yaradıcılıq ezamiyyətinə gedir, Mərakeşdə, Qvineyada, Seneqalda, Fil Dişi Sahilində yerli xalqların həyatı, mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti qazanır. “Afrika” seriyasından çəkdiyi əsərlər rəssamın müxtəlif illərdə təşkil olunan sərgilərində uğurla nümayiş etdirilir.
Əsərləri dünyanın müxtəlif nüfuzlu muzeylərində saxlanılan Xalq rəssamı Tağı Tağıyev 1993-cü il iynun 27-də həyatdan köçür.
Dəyərli “Xalq Əmanəti”
“Xalq Bank”ın “Xalq Əmanəti” layihəsinin sayca 19-cu nəşri də Xalq rəssamı Tağı Tağıyevə həsr edilmişdi. Layihə çərçivəsində çapdan çıxan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” albomunun təqdimat mərasimində Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova mərhum sənətkarın yaradıcılıq xüsusiyyətlərindən danışdılar. “Xalq Bank”ın uzun illər ərzində həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanıdılmasına verdiyi töhfələri yüksək dəyərləndirdilər, bu nəcib işdə əməyi olanlara təşəkkür etdilər.

Tağı Tağıyevin oğlu Əkrəm Tağıyev atasının xatirəsini əziz tutanlara, yaradıcılığına qiymət verənlərə ailəsi adından minnətdarlıq bildirdi. Sonra tədbir iştirakçılarıTağı Tağıyevin əsərlərinin sərgiləndiyi ekspozisiya ilə tanış oldular.
Xatırladaq ki, “Xalq Bank”ın 2010-cu ildən bəri həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması, dünyaya tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində nəfis şəkildə çap olunan kitablar tədris müəssisələrinə, ölkəmizin xaricdəki səfirliklərinə, Bakıda fəaliyyət göstərən diplomatik korpuslara hədiyyə olunur.
Bu illər ərzində “Xalq Əmanəti” çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgi təşkil olunub və bədii albomlar çap edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza, nakam taleli Mikayıl Müşfiqin “Seçilmiş əsərləri”, görkəmli alim Əli Rəcəblinin “Azərbaycan sikkələri”, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, şeirləri ilə Avropanı fəth edən Mirzə Şəfi Vazehin “Bütün əsərləri” Azərbaycan, alman və rus dillərində işıq üzü görüb.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
Dünən, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Dünən, 13:41
Əli Əsədov sərəncam imzalayıb
Dünən, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
16-01-2026, 11:44
Zoi Saldana ən çox gəlir gətirən aktrisadır
16-01-2026, 09:58
Məşhur aktyor süni intellektdən qorunmağa çalışır
16-01-2026, 08:15
Qədim Quranın nüsxələri muzeyə verilib
14-01-2026, 17:09
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
14-01-2026, 15:37
Çingiz Abdullayev: “Üzvlük üçün pul yığılır deyə utanıram…”
14-01-2026, 12:23
Yazıçılar Birliyinə üzvlük dayandırılıb
14-01-2026, 00:08
Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb
10-01-2026, 09:46
Yeni çəkiləcək filmin aktyorları məlum olub
9-01-2026, 15:33
Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib
9-01-2026, 12:06
"Üzeyir Hacıbəyli Mükafatı"nın qalibləri seçilib
8-01-2026, 18:45
Puşkinin abidəsinin yerinə Trampın büstünün qoyulması təklif edilir
8-01-2026, 15:02
Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq
8-01-2026, 13:35
Üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric ediləcək
7-01-2026, 17:43
Xalq artisti Cahangir Novruzov təltif olunub
6-01-2026, 10:03
Cəlilabadda qədim saxsı qablar tapılıb
30-12-2025, 12:11
Məşhur aktyor Fransa vətəndaşlığı alıb
30-12-2025, 10:59
Sabah Bakıda atəşfəşanlıq olacaq
29-12-2025, 18:01
2026-cı ildə ən çox gözlənilən filmlərin adı açıqlanıb - Siyahı
29-12-2025, 17:47
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
28-12-2025, 22:01
Serial ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib
Bu gün, 18:51
Hacıqabul rayonunda vulkan püskürüb
Bu gün, 17:40
İqtisadi Şuranın iclası keçirilib
Bu gün, 16:38
Prezident Tədbirlər Planını təsdiqləyib
Bu gün, 16:36
Prezident onları mükafatlandırıb - Siyahı
Bu gün, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
Bu gün, 16:14
Baş Prokurorluq əhaliyə çağırış edib
Bu gün, 15:40
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Bu gün, 13:06
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
Bu gün, 12:53
Ukrayna ordusunda fərarilərin sayı artır
Bu gün, 12:20
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
Bu gün, 10:47
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Bu gün, 10:13
Tramp sülhün əldə olunacağına əmindir
Bu gün, 10:12
Abşeronun prokuroru vəzifədən azad edilib
Dünən, 17:55
Tərtərin prokuroru vəzifədən azad olunub
Dünən, 17:04
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dünən, 16:03
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
Dünən, 15:12
Dünyanın ən güclü gəmisini suya buraxıblar
Dünən, 13:16
Yasamaldakı "qara paltarlı qadın" tutulub - Foto
Dünən, 13:05
DSX-də yüksək vəzifəyə təyinat olub
Dünən, 12:11
Rusiyada bakalavriat və magistratura ləğv edilir
Dünən, 11:37
Rusiya 24 saat ərzində iki təyyarəsini itirib
Dünən, 10:44
Zelenski: Rusiya yeni zərbələr endirməyə hazırlaşır
Dünən, 08:48
Kolumbiyada təyyarə qəzası: 15 ölü
Dünən, 08:26
Rubio: Sülh Şurası BMT-ni əvəzləmək niyyətində deyil
28-01-2026, 16:26
İran ABŞ-ı hədələyir: əsgərlərinizlə vidalaşın!
28-01-2026, 15:55
Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb
28-01-2026, 14:39
General Baş idarə rəisi təyin olunub
28-01-2026, 14:20
Keçmiş birinci xanıma həbs cəzası verilib
28-01-2026, 10:42
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib
28-01-2026, 10:25
Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
28-01-2026, 08:48
Qırğızıstan Rusiyanı məhkəməyə verib
28-01-2026, 08:41
Tramp: Uğurlarım tərəfdarlarımı kövrəldir
27-01-2026, 20:39
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 17:54
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
27-01-2026, 17:24
Mərkəz direktoru vəzifədən azad edilib
27-01-2026, 15:21
Xalq artistinin qızı vəzifədən azad edilib
27-01-2026, 14:40
Baş nazir tikintiyə icazə barədə yeni qərar imzalayıb
27-01-2026, 14:04
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
27-01-2026, 12:56
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə açıqlama...
27-01-2026, 12:45
Orban Ukraynanı seçkilərə müdaxilədə ittiham edir
27-01-2026, 12:45
Arpaçay su anbarı donub
27-01-2026, 12:34
İsrail 9 fələstinli azadlığa buraxıb
27-01-2026, 11:16
Azərbaycanda 372 sayda saxta sayt, link və keçidlər bloklanıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 08:38
Suriya lideri Putinlə görüşəcək
26-01-2026, 17:51
Generalın oğlu qızı təhdid edir
26-01-2026, 17:37
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
26-01-2026, 16:59
AŞPA-nın yeni prezidenti seçilib

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər