21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Türkün nişanəsi – Hekayə
Tarix: 10-11-2018 18:38 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(hekayə)
- Sən... Sən... Sən... Sən... Sən,- deyə beləcə düz 27 nəfəri ayağa qaldırdı. Yerindən qalxanların da “düzdü” anlamında qafalarını yırğalamaqdan başqa çarəsi qalmırdı. Növbəti möcüzə göz önündəydi. Hamı ağzıaçıla, gözləri bərələydi. Salondakı yüzdən çox insanın içərisindən türkləri yenə də zərgərdəqiqliyi ilə müəyyənləşdirə bilmişdi. İllər bir-birini əvəzləsə də, onun bu fitri istedadından kimsə axıra qədər baş aça bilmirdi. Çoxları bunu Tanrı vergisi bilsə də, bəziləri burada hansısa sadə bir sirrin olduğu qənaətindəydi. Elə əsas məsələdə bundaydı, axı, nədən ibarətdir o sirr?! İllər bir-birini əvəzləsə də, Şalomun bu “matah”ından kimsə baş aça bilimirdi ki, bilmirdi.
Dünyaya Azərbaycanda göz açmışdı, uca dağlar qoynunda, təbiətin səfalı guşələrindən birində. Dağ yəhudisiydi. Ali təhsilli psixoloq idi. Di gəl, onun heç diploma da ehtiyacı yoxdu, elə, anadan psixoloq doğulmuşdu. Pulu-parası da saya gəlmirdi. Tanrı təpəsindən tökürdü. Çörəyi türklərdən çıxırdı. Fərq etməzdi haranın türkləridir, Azərbaycan, Türkiyə, Türkmənistan və ya digər türkdilli ölkələrdən olsun. Sorağı dünyanın dörd-bir tərəfindən gəlirdi. Ələxüsus da, türkdilli ölkələrlə yanaşı İsraili, yəhudilərin geniş yayıldığı Amerikanı, Avropanı da ayaqaltı eləmişdi. Ən məşhur televiziyaların mütamadi qonağı olardı. Ötən müddətdəki seansları saya gəlmirdi. Zəhməthaqqı olmayan yerə qədəm belə basmazdı.
Görünüşcə oxşar yüzlərlə, minlərlə insanın arasından məhz türkləri heç bir səhvə yol vermədən ən uzağı yarımca saatın içərisində ayırdı edə bilirdi. Fərq təkcə ondaydı ki, qıyıq gözlü türklərin seansı ayrıca olardı. Həmin tədbirlərə onların özlərinə oxşar millətlərin nümayəndələri dəvət olunardılar. Lap, məəttəl qalınası işdi. İnsanda fərasətə bax, əsrlər boyunca yəhudilərin başına gələn əhvalatlar əsasında məhz türkləri başqalarından seçə biləsən. Onu gözbağlayıcı, ekstrasens sayanlar da az deyildi. Fikirlər haçalanırdı. Di gəl, heç kəs Şalomun bu “nömrə”lərinin mahiyyətinə vara bilmirdi.
Həsəd aparılası, sirli-sehrli nitqi vardı. Sanki, ozandı, qopuzu sinəsindən əskilməzdi. Səsi musiqiliydi, insanı yerindən oynadan əks-sədası vardı. Azərbaycan təbiətinin şəhdi-şirəsi onun səsinə hopmuşdu. Təşkilatçılar ciddi-cəhdlə seçdikləri bir-birinə bənzər yüzlərlə iştirakçını salona toplayardılar. Seçim üstə əsim-əsim əsərdilər. Müxtəlif ölkələri təmsil edən iştirakçıların kəlmə də kəsməyə ixtiyarları yoxdu. Seans zamanı yalnız dinməz-söyləməz Şalomun söylədiyi həyat hekayətlərinə qulaq kəsilməliydilər. Hekayətlər əsrlər boyunca yəhudilərin başına gələnlərdən olardı. Mövzular çeşidbəçeşiddi. Hitlerin xeyir-duası ilə yəhudilərin başına açılan amansız oyunlardan tutmuş onların müdrikliyi, qəhrəmanlıqlarından bəhs edilən həyati səhnələrə qədər. Hamısı da ustalıqla seçilmişdi, çox təsirliydi, ürəkdağlayanları da, heyrət doğuranları da qəlbəyatımlıydı, insanın iç dünyasını yerindən oynadırdı. Bu hekayətlər Şalomun avazında daha anlamlı keyfiyyətə köklənərdi.
Şalomun dillər əzbəri olan möcüzəsi kimsəyə rahatlıq vermirdi. Ta onun 60 illik yubileyi keçirilənə qədər heç nə dəyişmədi ki, dəyişmədi. Hamılıqla baş sındırsalar da, onun sirrini tutmaq kimsəyə müyəssər olmadı. Nəhayət, etiraf məqamı yetişdi.
Şalomun boya-başa çatdığı kənddə toy-bayramdı. Elə ölkə tapılmazdı ki, oradan qonaq gəlməsin. Şalomun sorağı ötən müddətdə Arktika və Antarktidanı belə ayaqaltı eləmişdi. Eşidən-bilən yəhudilər, cuhudlar da Azərbaycanın dağlar qoynundakı təkrarolunmaz mənzərələrinin dadını çıxarmaq fürsətini fövtə verməmişdilər.
Sağlıq-sağlığa qarışmışdı. Dillənən-dillənən Şaloma, bir də Azərbaycana ürək sözlərini, dualarını əskiltmirdi. Elə ki, növbə səbəbkara yetişdi, məclisə tam sakitlik çökdü. Hamılıqla ona qulaq kəsilmişdilər. Ünvanına söylənilənlərdən göylərdə cövlan edən Şalom təzəcə ürəyini boşaltdığı məqamda səbrini basa bilməyən ağsaqqallar, səbəbkara ərki çatanlar yerbəyerdən dilləndilər ki, qardaş, daha bəsdi “bizim başımıza corab hördüyün”, sənə and veririk Uca Yaradana, açıqla görək, bəs, necə olur ki, adicə yəhudi hekayətləri əsasında sən türkləri görünüşcə oxşar digər millətlərdən bu qədər dəqiqliyi ilə ayıra bilirsən?! Bax, bizi maraqlandıran əsas məsələ budur, sən canın ürəyimizi çəkmə, de gəlsin, həqiqət anı yetişdi, burdan oyanası yoxdu?! Çıxılmaz vəziyyətə düşən Şalomun artıq itirəcəyi heç nə yox idi, bir də ki, indiyəcən qazandığını qazanmışdı, yığdıqları bundan belə qırx arxa nəslinə yetərliydi. Həm də yamanca yorulmuşdu, dünyanı qarışbaqarış gəzib dolaşmışdı. Reallığı göz önünə alıb məclis əhlinə işarət elədi ki, səbrli olun, indi növbəylə sizi hər şeydən agah edəcəm.
Hamının qulağı ondaydı. Şalom silkinib mətləb üstə gəldi:
- Əzizlərim, ədalət naminə bəri başdan ərz eləyim ki, biz - Azərbaycanda əsrlərdi yaşayan yəhudilər xoşbəxtliyin tamını burada qədərincə dadmışıq. Bura bizim ikinci Vətənimizdir. Azərbaycanda özümüzü cənnətdəki kimi hiss edirik... Qaldı ki, mənim seanslarımın sirrinə, bu, çox sadədir, sadədən də sadə. Əslində, heç psixoloqluğa da burada elə bir ehtiyac duyulmur. Əvvəlcədən onu deyim ki, mənim seans zamanı yalnız yəhudi hekayətləri söyləməyim yayındırıcı manevr məqsədi daşıyırdı. Mən bu yolla yəhudilərin, yəhudiliyin təbliği imkanını da əldən vermirdim. Türkləri digərlərindən ayırmağımın başlıca səbəbi isə onların göz yaşlarının ovucunun içində olması ilə bağlıdır. Ta körpəlikdən, ağlım kəsəndən bəri bunun şahidi olmuşam. Türklər, fərq etməz Azərbaycan, Türkiyə və ya digər türkdilli ölkələrdən olsunlar, təkcə özünkünün deyil, hamının dərdinə də, sevincinə də şərikdilər, təbii ki, erməniləri çıxmaq şərtilə, bunun da babalı o yaramazların öz boynunadı. Əsas odur ki, nəql edilənlər təsirli, ürəyətoxunan olsun, insanın iç dünyasını yerindən oynatsın, bəşəri, humanist amallara, Tanrının ümdə mətləblərinə söykənsin. Vəssalam, sadəcə bu qədər. Türklər adicə himə bənddi, ürəkləri yuxadı, zatən nəcibdilər. Tanrı işığı onların içindədir. Mən də həm seansların gedişində salondakılara diqqət yetirirdim, həm də seansdan sonra qəlbən, bütün varlığı ilə kövrələnlərin gözlərinə. Bununla da sıravi bir üsulla sərrafcasına türkləri anındaca müəyyənləşdirirdim. Türkün ovucunda olan göz yaşları digərlərininkinə qətiyyən bənzəməz. O göz yaşlarında bulaq hallallığı var. Tanrı onları ta bünövrədən adam balası adam yaradıb!!!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək