Lavrov: “ABŞ Rusiyaya qarşı müharibə aparır”
Tarix: 17-09-2023 15:47 | Bölmə: Siyasət
Lavrov: “ABŞ Rusiyaya qarşı müharibə aparır”

ABŞ Ukrayna münaqişəsini idarə etməklə Rusiyaya qarşı müharibə aparır.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Vaşinqton Kiyevi silah və kəşfiyyatla təmin edir.

"Moskva. Kreml. Putin." proqramında ABŞ-ın Kiyevi daha da uzun mənzilli raketlərlə təchiz etmək qərarını şərh edən nazir bildirib ki, uzun illərdir Ukraynanı Rusiyanın məğlubiyyətinə nail olmaq üçün hazırlayırlar.

Qeyd edək ki, sentyabrın 17-də Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib ki, Qərb kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə dəstək verir, uzaq mənzilli raket zərbələri endirməyə kömək edir. Onun sözlərinə görə, Ukrayna tərəfi uzaq məsafədən zərbələr endirərkən Amerika və Böyük Britaniyanın pilotsuz və pilotsuz kəşfiyyat, müşahidə və kəşfiyyat məlumatlarının toplanması sistemlərindən istifadə edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}