Əmirbəyov: “Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram”
Tarix: 20-09-2023 18:43 | Bölmə: Siyasət
Əmirbəyov: “Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram”

Beynəlxalq tərəflərin qıcıqlandırıcı təşəbbüs və cəhdləri uzunmüddətli dayanıqlı sülhə heç bir töhfə verməyəcək.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Avropa Parlamenti tərəfindən qərəzli qiymətləndirmələr görürük:

“Mən adıçəkilən qurumun Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram. Burada təfərrüatlara varmaq istəmirəm. O baxımdan, bu bəyanatları ciddi qəbul etməməyə çağırıram”.

Prezidentin nümayəndəsi deyib ki, Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq istəyənlər qərəzli tədbirlərdən uzaq durmalıdır:

“Bütün bunlar birmənalı olaraq, faydasızdır. Yanlış və qeyri-səmərəlidir”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}