10:43 / 03-02-2026
Gəncədə 25 yaşlı şəxs öldürülüb
10:17 / 03-02-2026
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
10:01 / 03-02-2026
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
09:54 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar
09:31 / 03-02-2026
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
08:17 / 03-02-2026
Ərdoğan: Türkiyə sülhü dəstəkləməyə yönəlik addımları alqışlayır
08:11 / 03-02-2026
Baş nazirin hakimiyyəti saxlamaq planı üzə çıxıb
08:06 / 03-02-2026
Taylandda fil turisti tapdalayıb öldürüb
08:02 / 03-02-2026
Qəzzanın idarəçiliyi Milli Komitəyə verilir
07:56 / 03-02-2026
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Elmar Məmmədyarov: "Bu tarix qədim Şuşanın işğal olunaraq, etnik təmizləməyə məruz qaldığı gündür"
Tarix: 08-05-2020 22:52 | Bölmə: Siyasət

Xarici İşlər naziri Elmar Məmmədyarov "Avropa torpağında İkinci dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda çıxış edib.
Reyting.az XİN-ə istinadla həmin çıxışı təqdim edir:
"Çıxışıma Avropada II Dünya Müharibəsinin bitməsinin 75 illiyinə həsr olunmuş bu vacib görüşü təşkil etdiyi üçün Təhlükəsizlik Şurasının Estoniya sədrliyinə təşəkkür etməklə başlamaq istərdim.
Keçmişin dərslərindən ibrət götürərək, müharibə və insan əziyyətlərinin qarşısını almaq məqsədi ilə bütün üzvlərini birgə qaydalara əsaslanan dünya nizamı ilə bir-birinə bağlayan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır və hesab edirik ki, bu görüş üzv dövlətlərə nəcib təşkilatımızın Nizamnaməsində əks olunan məqsəd və prinsiplərə sadiq qaldıqlarını bir daha təsdiqləmək üçün geniş bir fürsət verir.
Faşizm əleyhinə koalisiyanın bütün üzvləri kimi, Azərbaycan da qələbə üçün böyük töhfələr və qurbanlar verib. Azərbaycan 640 mindən çox cəsur kişi və qadınını cəbhəyə göndərdi. Onların təxminən yarısı evlərinə qayıtmadı. Milli Azərbaycan bölmələri Avropa ölkələrində də nasizmə qarşı mübarizədə nümunəvi bir cəsarət nümayiş etdirdi.
Qələbə yalnız döyüş bölgəsində deyil, arxa bölgələrdə də əldə edildi. Qısa müddət ərzində Azərbaycan döyüş sursatı və silah istehsalına başlamış, döyüş bölgələrindən köçürülmüş sənaye obyektlərinin fəaliyyət göstərməsinə şərait yaratmışdır. Müharibə dövründə Sovet İttifaqında istehsal olunan neftin dörddə üçü və aviasiya yanacağının 90 faizini təmin etməklə Azərbaycan müharibədə qələbəyə əvəzsiz töhfə verdi.
Nasizm üzərində qələbə üçün çox şeyi qurban verən və İkinci Dünya müharibəsinin dəhşətlərini xatırlayan bir ölkə olaraq, biz bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən abidə və memorialların ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Ölkəmiz BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, o, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında mühüm rol oynaya bilər.
Təəssüf hissi doğurur ki, tarixin bizə keçdiyi acı dərslərə baxmayaraq, BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər, xüsusən dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hədə və ya güc tətbiq edilməsinin qadağan edilməsi pozulmaqda davam edir və bununla da dünyanın bir çox yerində sülh və təhlükəsizliyə xələl gətirir.
Avropada nasizm üzərində Qələbə Mayın 8-də qeyd olunsa da, bu tarix, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qədim Şuşa şəhərinin işğal olunaraq, etnik təmizləməyə məruz qaldığı gündür və ölkəmin tarixində faciəli günlərdən birini təşkil edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən beşdə birini təşkil edən Dağlıq Qarabağ bölgəsi və qonşu rayonlar artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı zorla öz evlərindən didərgin düşüb və işğal nəticəsində məcburi köçkünə çevrilib. Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildi. Bu qətnamələrin hələ də yerinə yetirilməməsi təəssüf doğurur.
Məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas vəzifəsinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Bu gün yeni vəhşiliklərin qarşısını almaq üçün II Dünya Müharibəsindən əldə olunan dərsləri və Təhlükəsizlik Şurasının məsuliyyətini müzakirə edərkən Birləşmiş Millətlər Təşkilatının əsas qurumlarının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini, eləcə də bunun üçün cavabdehliliyi bir daha vurğulayırıq".
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər