İƏT Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat yayıb
Tarix: 22-10-2020 16:52 | Bölmə: Siyasət
İƏT Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.

Təşkilat Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb, Ermənistan ordusunun mülki əhalini atəşə tutması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.

İƏT-in və BMT TŞ-nin qətnamələri xatırladılaraq Ermənistandan öz hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması tələb olunub/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}