ABŞ-ın 10 milyon dollar mükafat qarşılığında öldürtmək istədiyi şəxs qətlə yetirildi - Foto
Tarix: 07-02-2020 11:08 | Bölmə: Slayd
ABŞ-ın 10 milyon dollar mükafat qarşılığında öldürtmək istədiyi şəxs qətlə yetirildi

ABŞ xüsusi əməliyyat keçirərək “Əl Qaidə”nin Ərəbistan yarımadası lideri Qasım əl-Rimi və köməkçisini zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, Ağ Ev bununla bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada deyilir ki, ABŞ prezidenti Donald Trampın təlimatı ilə Ərəbistan yarımadası üzrə “Əl Qaidə”nin qurucusu və lideri Eymen əl-Zavahirinin köməkçisi Qasım Rimi uğurlu əməliyyat nəticəsində öldürülüb.

“Nyu-York Times” qəzetinə danışan amerikalı rəsmi Qasım Riminin Yəmənin Marib regionundakı Hazmə kəndində öldürdüklərini qeyd edib.

ABŞ-ın 10 milyon dollar mükafat qarşılığında öldürtmək istədiyi şəxs qətlə yetirildi
Q. Rimi

Səudiyyənin “Əl Ərəbiyyə” kanalı yerli qaynaqlara əsaslanaraq bildirib ki, ABŞ-a aid dronun Marib bölgəsində olan Vadi İbeydə istiqamətində yerləşən evə zərbə endirib.

Qasım Riminin qaldığı ev əməliyyatdan bir həftə əvvəl kirayələnib. Mənbələr “Əl-Qaidə”nin əsas simalarından olan Qasım Riminin bu evdə öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, Qasım Rimi 2015-ci ildə ABŞ-ın sui-qəsdi nəticəsində öldürülən Nasir əl-Vahayiuşidən sonra terror təşkilatının başına keçib.

ABŞ Maliyyə Nazirliyi 2018-ci ildə Qasım Rimini öldürən və ya yerini deyən şəxsə vəd etdiyi mükafatı 5 milyondan 10 milyon dollara qaldırıb. Qasım Rimini terrorçu siyahısına 2010-cu ildə daxil edən ABŞ onun bank hesablarını dondurmuşdu.

Qasım Rimi ABŞ vətəndaşlarına hücumlara görə müqəssir elan olunurdu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}