23:16 / 05-05-2024
Günəşdə yeddi güclü partlayış baş verib
22:54 / 05-05-2024
Qəzzada yeni müharibələr ola bilər - Nazir
21:17 / 05-05-2024
Futbol oyunu zamanı iğtişaş baş verib, 155 polis xəsarət alıb
18:22 / 05-05-2024
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
16:17 / 05-05-2024
Bakıda 28 yaşlı qadını boğub öldürüblər
15:47 / 05-05-2024
Bu gün daha 11943 nəfər buraxılış imtahanı verib
14:21 / 05-05-2024
“Bakı Marafonu”-nun qalibləri müəyyənləşib - (Yenilənib)
14:13 / 05-05-2024
Mehriban Əliyeva xristian icmasını təbrik edib
14:10 / 05-05-2024
Bakıya yağış, rayonlara leysan və qar yağacaq
10:32 / 05-05-2024
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - Fotolar
09:53 / 05-05-2024
Heyrətamiz kainat: alimlərin araşdırması nədən xəbər verir?
09:24 / 05-05-2024
Bu gün rezidenturaya qəbul imtahanıdır
20:14 / 04-05-2024
ABŞ Qətərin HƏMAS-ı ölkədən çıxarmasını istəyir
20:03 / 04-05-2024
Polşa Rusiyanı kiberhücumda ittiham edir
19:04 / 04-05-2024
Sabunçuda 50 yaşlı kişi öldürülüb
18:00 / 04-05-2024
Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib
17:51 / 04-05-2024
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
17:17 / 04-05-2024
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
15:52 / 04-05-2024
ABŞ Qətərdən hava zərbələri endirəcək - Foto
14:48 / 04-05-2024
ABŞ Ukraynanı təkmil bombalarla təmin edəcək
14:43 / 04-05-2024
İran sərhədinə hücum: əsgərlər öldürülüb
14:32 / 04-05-2024
Prezident Xankəndi şəhəri ilə bağlı sərəncam verib
14:28 / 04-05-2024
Azərbaycan ərazisində zəlzələ olub
14:23 / 04-05-2024
Cənub cəbhəsində durum gərginləşib
14:17 / 04-05-2024
Siyarto: “NATO Rusiya-Ukrayna savaşında qırmızı xətti keçməməlidir”
12:38 / 04-05-2024
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
08:39 / 04-05-2024
Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?
07:20 / 04-05-2024
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
06:59 / 04-05-2024
Gənc riyaziyyatçı elmdə sıçrayış edib
23:59 / 03-05-2024
Sabirabad təhsilinə müdir təyin olunub
16:48 / 01-05-2024
Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər cinayət başında saxlanılıb - (Yenilənib)
17:18 / 01-05-2024
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib - Video - Fotolar (Yenilənib)
08:19 / 01-05-2024
Birinci siniflərə sənəd qəbulu başlayır
12:33 / 02-05-2024
Məşhur kino ulduzları eyni filmdə çəkiləcəklər - Fotolar
07:51 / 01-05-2024
Məşhur aktrisa-müğənni məhkəməyə verilib
11:08 / 03-05-2024
İnsan orqanizminə ən faydalı balıq növləri açıqlanıb - Onların yeyilməsi erkən ölüm riskini azaldır
10:03 / 01-05-2024
Qazaxda 3 min illik tarixi abidə sökülüb - Yerində obyekt tikilib (Fotolar)
14:38 / 01-05-2024
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
08:39 / 04-05-2024
Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?
17:58 / 01-05-2024
Yeni yaradılan "Həyat ağacı" ekoloji problemləri həll edəcək, insan ömrünü uzadacaq
15:32 / 02-05-2024
Prezident keçmiş naziri rektor təyin edib - Sərəncam
18:19 / 03-05-2024
Məşhur yazıçı oxucularını təəccübləndirib
Ayaz Mütəllibov siyasi qüvvələrə müraciət edib
Tarix: 10-03-2018 00:56 | Bölmə: Slayd
Xəbər verildiyi kimi, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov hazırda Fransada yaşayan Vidadi İsgəndərlinin atasının Göyçaydakı məzarının təhqir olunması məsələsinə münasibət bildirib. İqtidar nümayəndəsi bununla bağlı ölkənin birinci prezidenti olmuş Ayaz Mütəllibova, mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsinə və Milli Azadlıq Hərəkatında iştirak etmiş müxalifət liderlərinə, hüquq müdafiəçilərinə və digərlərinə müraciət edərək məsələ ilə əlaqədar mövqe bildirmələrini xahiş edib.
Reyting.az-ın xəbərinə görə, eks-prezident Ayaz Mütəllibov Moderator.az-a deyib ki, ölkədə belə xoşagəlməz olaylar yaşanmasından dərin təəssüf hissi keçirir:
“Əlbəttə, çox xoşagəlməz hadisədir. Belə məsələlərə münasibət bildirmək də çətindir. Amma əgər mənə ölkənin keçmiş başçısı, ağsaqqal yaşda olan bir vətəndaşı kimi müraciət olunubsa, münasibət bildirmək vacibdir. Həm də ən əsası, burada söhbət Azərbaycan xalqının milli, dini dəyərlərindən gedir. Ona görə də bir neytral tərəf kimi insidentə mümkün qədər obyektiv münasibət bildirməyə çalışacam.
Əvvəla, kim öncə digər tərəfə qarşı nümayişkaranə şəkildə təhqiramiz ifadələr işlədibsə, o, səhvə yol verib, xalqımızın əxlaqi dəyərlərini tapdayıb. Amma Avropadakı müxalifətçi vətəndaşın günaha yol verib opponent hesab etdiyi şəxslərə qarşı yolverilməz ifadələr işlətdiyi halda belə, heç kəsin həmin insanın atasının məzarını təhqir etməyə, bu qeyri-əxlaqi olayın video-görüntülərini internetdə bütün dünyaya yaymağa haqqı yoxdur. Yəqin bəzi adamlar düşünür ki, o müxalifətçinin atasının məzarını təhqir edənlər iqtidardakılara yaxşılıq edib. Xeyr, əslində hakimiyyətə də, Azərbaycana da ən böyük pisliyi onlar – Azərbaycan kişisinin, vətəndaşının məzarını dağıdanlar edib. Eyni hərəkəti Qarabağda erməni vandalları bizə qarşı ediblər... Odur ki, həmin adamlar müxalifətdən daha çox dövlətimizə siyasi-mənəvi zərbə vurub. Çünki iqtidar nümayəndələri bundan xəbəri olmadıqlarını desə də, artıq bu nalayiq olay daxildə də, xaricdə də mövcud hakimiyyətin öz opponentlərinə verdiyi cəza üsulu kimi təqdim olunur. Bu təhlükəli bir presedentdir. Və geniş mənada hər iki hərəkət, yəni, həm nümayişkaranə şəkildə xaricdə yaşayan Azərbaycan vətəndaşının dövlət rəhbərinin, adamının və ya başqa vətəndaşın şəxsiyyətini, ailəsini təhqir etməsi, həm də digərinin həmin vətəndaşın doğmasının məzarını biabır etməsi bütövlükdə xalqımıza, dövlətimizə qarşı həqarətdir. Axı belə naqis hərəkətlər Azərbaycanı beynəlxalq səviyyədə də nüfuzdan salır. Vətənini, xalqını, dövlətini sevən insan öncə bunu düşünməli, gözünü yumub ağlına gələni etməməməlidir...”
A. Mütəllibov özünün də illərlə mühacirətdə yaşadığını yada salaraq üzünü xaricdə yaşayan vətəndaşlara tutub:
“Özünü tərif üçün yox, fakt kimi, nümunə çəkmək məqsədilə deyirəm. Neçə illər qürbətdə, Vətəndən uzaqda yaşadım. Bütün mənəvi çətinliklərə rəğmən bir dəfə də olsun, istər, hakimiyyətdə olanlara, istərsə də vaxtilə mənə qarşı müxalifətdə olmuş, mənə açıq şəkildə pisliklər etmiş bircə nəfərə qarşı da qeyri-etik ifadələr işlətmədim. Eləcə də indikindən qat-qat qarışıq bir dövrdə, yenicə pərvazlanan bir dövlətə başçılıq etdiyim illərdə də istər siyasi, istər hüquqi müstəvidə daim xalqımızın, dinimizin ədəb-ərkanını öndə tutmağa çalışmışam. Yəni hər kəsə demək istəyirəm ki, qeyri-əxlaqi çərçivədə siyasi mübarizə aparmaq bizə, xüsusən özünü azərbaycanlı, müsəlman hesab edən insanlara yaraşmaz... Əsl vətəndaş istər daxildə, istərsə də xaricdə apardığı siyasi mübarizədə təmkinini, ağlını, əxlaqını itirməməlidir...”.
Sabiq dövlət başçısı hər hansı bir insanın məzarını təhqiretmə aktının milli, dini dəyərlərimizə, qanunlarımıza da zidd olduğunu bildirib:
“...Bütün hallarda dinindən, irqindən, milli, siyasi və ya sosial mənsubiyyətindən asılı olmayaraq hər hansı bir insanın məzarını təhqir etmək öncə Allah qarşısında günahdır. Qəbir toxunulmazdır. Dinimiz, İslam şəriəti, qanunlarımız bunu qadağan edir. Eyni zamanda tarix boyu qədim xalqımızın ənənəsində də dədələrimiz, böyüklərimiz tərəfindən sərt cəzalandırılacaq bir hərəkətdir bu. Həmin məzarda uyuyan insan kimin atası olmamışdan öncə, bu dövlətin vətəndaşı, bu xalqın oğludur... Axı bu gün biz erməni vandallarını Qarabağda doğmalarımızın məzarlarını, abidələrimizi, evlərimizi yerlə-yeksan etməkdə qınayırıq. Onda daha bizim işğalçılarla, Azərbaycanın düşmənləri ilə nə fərqimiz oldu?
Üçüncüsü də, bildiyimə görə, Avropada yaşayan həmin vətəndaşın atası Böyük Vətən müharibəsi veteranıdır. Mənim atam da həmin müharibənin veteranı olub. Odur ki, onun övladlarının, ailəsinin hansı hisslər keçirdiyini təsəvvür edirəm. Yəni, bu hərəkət hansı dövlətin ordusunda olmasından asılı olmayaraq bütün dünya üçün kabusa çevrilmiş faşizmə qarşı vuruşmuş bir döyüşçünün şəxsində dünyadan köçmüş və sağ qalan, Azərbaycandan və digər ölkələrdən olan bütün BVM veteranları üçün təhqirdir. Azərbaycan xalqına qətiyyən layiq olmayan bu hərəkət hökmən cəzalandırılmalıdır. Bildiyimə görə, dövlətin müvafiq qurumları həmin şəxslərin müəyyən edilib cəzalandırılması istiqamətində təhqiqat aparırlar. Və inanıram ki, həmin şəxslər layiqli cəzalarına çatacaqlar...”.
Müstəqillik illərində ölkənin ilk prezidenti olmuş siyasi xadim bu cür təxribatçı, qızışdırıcı hərəkətlərin Azərbaycanda qarşıdurma və xaos yaratmaq istəyən üçüncü qüvvələr tərəfindən təşkil edilə bilmək ehtimalını da irəli sürüb:
“...Bir də ən qorxulusu odur ki, belə alçaq hərəkətlər üçüncü güclər tərəfindən sifariş və icra edilsin... Üçüncü qüvvənin məqsədi nə ola bilər? Azərbaycanda iqtidar-müxalifət ziddiyyətlərindən yararlanaraq digər müsəlman ölkələrində olduğu kimi vətəndaş qarşıdurması və sonu bəlli olmayan xaos yaratmaq... Bunu təcrübədə yaşamış bir insan, bir siyasi xadim kimi ölkədəki bütün ictimai-siyasi qüvvələrə müraciət edirəm. Dünyada mürəkkəb və çox ziddiyyətli hərbi-siyasi, iqtisadi proseslərin getdiyi bir zamanda hər sözdə, hər addımda ehtiyatlı olmaq gərəkdir. İstər iqtidar, istər müxalifət nümayəndələri öncə bu xalqın övladlarıdır. Torpağı işğal altında olan bir ölkənin bütün potensialı işğala qarşı mübarizəyə yönəlməlidir.
Özüm izləyə bilməsəm də, eşidirəm ki, son vaxtlar xaricdə və daxildə nəinki siyasi mənsubluğu olan, ümumiyyətlə, ayrı-ayrı vətəndaşlar müxtəlif internet vasitələri ilə biri-birlərinə, hakimiyyətə, yaxud müxalifətə qarşı hədsiz dərəcədə biabırçı ifadələr işlədirlər. Bilmək lazımdır ki, bu, çıxış yolu deyil. Əksinə, çox qorxulu yoldur, qardaş qanına, xaosa aparan bir yoldur... Kiminsə başqasını təhqir etməyə haqqı yoxdur. Eyni zamanda təhqir olunan tərəf də qisasını həmin adamın ata-anasından, qardaş-bacısını incitməklə, onlara qarşı təhqir, təzyiq və zor işlətməklə almamalıdır... Cinayət olsa belə, hüquq çərçivəsində qarşılanmalıdır...”.
A.Mütəllibov deyib ki, siyasi mübarizə yalnız sivil formada, milli dəyərlər, əxlaq və hüquq çərçivəsində aparılmalıdır:
“Torpaqlarımızın da, milli dəyərlərimizin də, milli dövlətçiliyimizin də qorunmasında iqtidar-müxalifət ayrı-seçkiliyinə yol verilməməlidir. Bir sözlə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hamını barışığa, sülhə, mədəni dialoqa, vətəndaş birliyinə səsləyirəm”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 23:16
Günəşdə yeddi güclü partlayış baş verib
Dünən, 17:17
İsa Qəmbər yenidən Müsavatın başqanı seçilib
Dünən, 14:32
Prezident Xankəndi şəhəri ilə bağlı sərəncam verib
Dünən, 12:38
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
Dünən, 07:20
Yeni araşdırma: prostat xərçənginin qarşısı alınır
3-05-2024, 13:35
Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır?
3-05-2024, 11:22
İranın Afrika həmləsi: Tehranın Qara qitədə hansı marağı var?
3-05-2024, 11:08
İnsan orqanizminə ən faydalı balıq növləri açıqlanıb - Onların yeyilməsi erkən ölüm riskini azaldır
3-05-2024, 11:03
Vəzifəli şəxslərə cinayət işi açılıb
3-05-2024, 10:00
Azərbaycanlı bankir ABŞ-da mülk alıb - 735 min dollara - (Fotollar)
3-05-2024, 09:45
Rus ordusu Ukraynanın daha iki vilayətinə hücuma hazırlaşır
3-05-2024, 08:33
Günəşdəki partlayış Yerdə maqnit qasırğası yaradıb
2-05-2024, 20:06
Ayda 4G şəbəkəsi yaradacaqlar
2-05-2024, 16:15
Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər
1-05-2024, 17:58
Yeni yaradılan "Həyat ağacı" ekoloji problemləri həll edəcək, insan ömrünü uzadacaq
1-05-2024, 10:55
Ruslar Ukraynanın daha iki yaşayış məntəqəsini ələ keçirib - Fotolar
1-05-2024, 08:19
Birinci siniflərə sənəd qəbulu başlayır
1-05-2024, 07:28
ÜST xəbərdarlıq edir: humanitar fəlakət yaxınlaşır!
30-04-2024, 22:42
Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb
30-04-2024, 12:02
Çin İranın ətəyini buraxmayacaq - Pekin niyə Tehranın tərəfini tutur?
29-04-2024, 18:12
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29-04-2024, 16:12
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
29-04-2024, 15:55
İsa Qəmbər Müsavat başqanı postuna namizəd olub
29-04-2024, 12:54
Prezident iki nazir müavini təyin edib
29-04-2024, 11:46
Qərb Tiflisi Rusiyaya görə cəzalandırır
29-04-2024, 09:22
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşənlərin yeni sayı açıqlanıb - Foto
29-04-2024, 07:57
Tbilisiyə xüsusi təyinatlı qüvvə yeridilib
28-04-2024, 23:14
Antoni Blinken İlham Əliyevə zəng edib
28-04-2024, 18:14
"Boinq" kosmosa uçacaq - Fotolar
28-04-2024, 17:52
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
28-04-2024, 17:21
Sədərəkdə sursat partlayıb: iki nəfər həlak olub
27-04-2024, 10:09
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
26-04-2024, 20:58
İlham Əliyevlə Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
26-04-2024, 18:36
Blinken Pekində Çini hədələyib
26-04-2024, 18:15
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
26-04-2024, 13:21
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?