Tramp: “Dünyanı nüvə müharibəsi gözləyir”
Tarix: 28-01-2023 19:15 | Bölmə: Slayd
Tramp: “Dünyanı nüvə müharibəsi gözləyir”

Rəsmi Kiyevin istəyi əsasında, Almaniya və ABŞ-ın bu ölkəyə tank göndərmək qərarından sonra sabiq prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxunc proqnozlar səsləndirib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-ın keçmiş prezidenti deyib ki, Qərb ölkələrinin Ukraynaya dəstəyi Rusiyaya qarşı çox aqressivdir.

Tramp bildirib ki, kurs belə davam edərsə, dünyanı nüvə müharibəsi gözləyir.

ABŞ-dakı prezident seçkilərindən sonra sosial media hesabları bağlanan Tramp “Truth Social” platformasında deyib ki, tanklardan sonra nüvə fəlakəti gəlir. “Asan olanı et və bu müharibəni indi bitir”,- deyə Tramp əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}