Sumqayıtda partlayış: Ölən var
Tarix: 04-10-2016 10:45 | Bölmə: Xəbərlər


Oktyabrın 4-də səhərəyaxın Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər dağıntılar altında qalıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu məlumat daxil olan kimi Sumqayıt Regional Mərkəzi üzrə xilasedicilər hadisə yerinə cəlb olunublar. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:14-də başa çatıb.





Bölməyə aid digər xəbərlər