Üsyankar kapitanda COVID-19 müəyyən olunub - Video
Tarix: 06-04-2020 20:57 | Bölmə: Xəbərlər
Üsyankar kapitanda COVID-19 müəyyən olunub

“Teodor Ruzvelt” aviadaşıyıcı gəmisinin sabiq kapitanı Brett Krozierdə koronavirusa müsbət test nəticəsi çıxıb.

Reyting.az
“The New York Times”-a istinadla xəbər verir ki, Krozierdə hələ komandanlıqdan uzaqlaşdırılmazdan əvvəl simptomlar müşahidə olunub.

Xatırladaq ki, o, pandemiya ilə əlaqədar dənizçilərin gəmidən sahilə çıxarılmasını istəmişdi.

Hazırda o, Quamda karantin müddətini başa vurmalıdır.

Hərbi Dəniz Qüvvələrinin rəhbərləri əvvəllər şimalda koronavirusla bağlı cəmi 16 halın qeydə alındığını bildiriblər.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}