19:14 / 18-10-2025
Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:01 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:37 / 14-10-2025

Qadın həbsxanası və pişiyin evi
Tarix: 19-10-2018 23:00 | Bölmə: Mətanət ƏLİYEVA

Bakıdakı qadın həbsxanası Şamaxının Ovçulu kəndinə köçürülür. Bu, əslində yaxşı xəbər olsa da, kənd sakinləri buna mənfi münasibət göstərirlər.
Məsələ ondadır ki, kənd qadınları günü 15 manata taxıl zəmilərindəki siçan deşiklərinə zəhər qoyurlar. Qadınlar narahatdırlar ki, qadın həbsxanası Şamaxıya köçürüləndən sonra belə işləri məhbus qadınlara pulsuz gördürəcəklər, yerli qadınlar işsiz qalacaqlar.
İnternet vasitəsilə Azərbaycanda qadın həbsxanasında neçə qadının cəza çəkdiyini və həmin qadınların hansı cinayətləri törətdiklərini öyrənməyə çalışdım. Amma bu barədə heç bir məlumat tapa bilmədim. Hesab edirəm ki, bu məlumat Ədliyyə Nazirliyinin saytında olmalı idi.
Heç kimə sirr deyil ki, həbsxanalarda işləyənlərin əksəriyyəti büdcədən oğurlanan pulların və məhbusların qohumlarından alınan rüşvətin hesabına çox varlı yaşayırlar. Ümumiyyətlə, uşaq evləri, xəstəxanalar, həbsxanalar vasitəsilə büdcədən milyardlar oğurlanır. Bu fakt bizim bəzi məmurların nə qədər mənəviyyatsız və qəddar olduqlarını göstərir. Elə bir sahə yoxdur ki, orada oğurluq, rüşvətxorluq olmasın.
Deyirlər ki, Şərq adamları müdrik olurlar. Müdrik o adamdır ki, keçmişə baxaraq gələcəyi görür və keçmişdə olanlardan müsbət nəticə çıxarır. Məsələn, müdrik adam keçmişə baxıb görür ki, xalqın sərvətini talayan acgöz məmurların idarəçiliyinin sonu necə başa çatıb və müasir hadisələrin nə ilə başa çatacağını dərk edir.
Qonşumuz Rusiyada da hazırda güclü korrupsiya var. Amma orada vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edirlər, çünki bu sahədə ciddi mübarizə aparılır. Bu mübarizəni Rusiya telekanallarında gedən seriallarda, yazılan bədii əsərlərdə də görmək olur. Əvvəl söz gəlir, sonra əməl. Rusiya telekanallarının göstərdikləri seriallarda yüksək vəzifəli məmurların cinayətləri ifşa olunur, tamaşaçı da görür ki, mütləq mənada bu məmurlar etdikləri cinayətlərin cəzasını alırlar, hamısının həyatı faciə ilə başa çatır. Bizim telekanalların göstərdikləri seriallarda isə ancaq ailədaxili dedi-qodular nümayiş olunur, hətta kiçik məmurlar haqqında belə bir kəlmə söz deməyə qorxurlar. Halbuki vətəndaşların problemlərinin kökü hazırkı idarəçilik sistemindədir. Hər bir vətəndaş təklikdə çarpışır, problemini həll etməyə çalışır. Dərk etmir ki, cəmiyyət düzəlməsə, dövlətin dəstəyi olmasa, problemlər daha da dərinləşəcək.
Son günlər bir-birinin ardınca avtobus qəzaları baş verir, amma bir adam deyə bilmir ki, bunun səbəbkarı məmurlardır. Bəzi avtobuslar kartla deyil, nəqd pula işlədikləri üçün sürücülər daha çox pul qazanmağa çalışırlar. Bir nəfərin dediyi kimi, böyük avtobusları sürücülər Şumaxer kimi sürürlər. Bəzi məmurlar bütün avtobusların kart sisteminə keçməsinə imkan vermirlər, çünki yığılan pullar onların cibinə gedir. Uşaqlar avtoqəzalarda qırılır, heç kimin həqiqəti deməyə cəsarəti çatmır.
Mənə elə gəlir ki, imkan versələr bizim rejissorlar maraqlı filmlər, seriallar çəkər, tamaşalar hazırlayarlar. Yaxın günlərdə, səhv etmirəmsə, “Mədəniyyət” kanalında Yuğ teatrının bir tamaşasına baxdım. Rejissoru Ramiz Həsənoğlu olan tamaşa nadan bir jurnalist tərəfindən ələ salınaraq ölən istedadlı bir aktyora həsr olunub. Tamaşa məni ovsunladı. Yuğ teatrının bütün tamaşalarına baxmaq istədim. Qızım internetdə axtardı və məlum oldu ki, bu teatrın nə binası var, nə də afişası. Ramiz Həsənoğlu isə tamamilə fəaliyyətsizdir. “Yaşıl eynəkli adam”, “Ordan burdan” kimi maraqlı televiziya tamaşalarının rejissoru olan Ramiz Həsənoğlu işsiz qaldığı halda deyirlər ki, bizdə istedadlı rejissorlar yoxdur. İstedadlı rejissorlar çoxdur, sadəcə, hazırda meydan istedadsızlarındır. Şübhə etmirəm ki, istedadlıların dövranı lap yaxındadır.
İnternetdən məlum oldu ki, Yuğ teatrının hazırkı baş rejissoru Mehriban Ələkbərzadədir. M. Ələkbərzadənin indiyə qədər bütün işləri uğursuz olub, o, öz istedadsızlığını pafosla gizlətməyə çalışır.
Bakıda oğru məmurların tikdirdiyi minlərlə istifadəsiz binalar var. Onlardan birini Yuğ teatrına verib, Ramiz Həsənoğlunu baş rejissor qoysalar biz də maraqlı tamaşalara baxıb, mənəvi aclığımızı doyurarıq. Amma, deyəsən, hakimiyyət bunu etmək istəmir. Çünki ədəbiyyat, musiqi, teatrlar oğru məmurların cinayətlərini ört-basdır etməyə yönəlib.
Ramiz Həsənoğlundan soruşmaq istəyirəm: ay Ramiz müəllim, 72 yaşınız oldu, oturub ölümünüzümü gözləyirsiniz? Axı siz çox işlər görə bilərsiniz. Cahangir Zeynalov mədəniyyətimizin hazırkı acınacaqlı vəziyyətindən danışanda siz niyə susdunuz? Təklikdə qalan Cahangir müəllimi susdurdular. Bəlkə sizin dediyiniz həqiqətləri yazmağa cəsarəti çatan jurnalist, mətbu orqan, televiziya kanalı yoxdur? Onda sosial şəbəkələrdən istifadə edə bilərsiniz. Hesab etməyin ki, həqiqəti deməyin əhəmiyyəti yoxdur. Siz susanda vicdanlı insanlar düşünürlər ki, ziyalısı susan bu millət ölümə layiqdir.
Mən də bir ssenari yazmışam. Nə vaxtsa pulum olarsa, gözəl bir film ortaya çıxar.
Bizim ölkədəki hazırkı idarəçiliyi Markesin “Patriarxın payızı” əsrindəki idarəçiliyə bənzədirəm. Patriarxın ölkəsində bir nəfər də vicdanlı insan yoxdur, hamı mənəviyyatını pula, vəzifəyə satıb. Mən Markeslə razı deyiləm. Hər bir millətin içərisində vicdanlı vətəndaşlar var. Bu işıqlı insanları görmək lazımdır.
Yaxın günlərdə sovet dövründə rusların çəkdiyi “Pişiyin evi” cizgi filminə baxdım. Belə filmlər adamın ürəyinə yağ kimi yayılır. Pişik təzə tikdirdiyi evə imkanlı qonşularını dəvət edib var-dövləti ilə öyünür, ac, yetim pişik balalarını isə qapıdan qovur. Bir müddət sonra pişiyin evi yanır, imkanlı “dostları”nın hamısı onu qapıdan qovur. Vaxtilə qovulan yetim pişiklər komalarında yer düzəldib pişiyi yağışın altında qalmağa qoymurlar. Sanki bizim xalq da hazırda yetim, ac pişiklərin günüdədir. Məmurlarımız özlərini nümayiş etdirmək üçün ölkəmizin sərvətlərini böyük dövlətlərə paylayırlar, biz isə çörək, dərman almağa pul tapmırıq. Müdrik insanlar bunun nə ilə bitəcəyini qabaqcadan bilirlər. Dəyərli sənət əsərlərinin, o cümlədən, “Pişiyin evi” cizgi filminin gücü də məhz onun real həyatdan götürülməsindədir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər