15:06 / 16-10-2019
İkibaşlı oyun
Neftin sonu və daş dövrünün qalıqları
Tarix: 01-08-2016 14:16 | Bölmə: Xəqani CƏFƏRLİ
Hazırda bütün ölkələrin həssaslıqla izlədiyi məsələlərdən biri və bəlkə də birincisi ABŞ-da rəsmi mərhələyə qədəm qoyan prezident seçkiləri kampaniyasıdır.
Dünyanın yeganə super gücü olan ABŞ-da kimin prezident olacağı həmişə maraqla izlənib. Bu seçkiyə isə daha həssas yanaşırlar. 
Respublikaçılar Partiyasının namizədi olan milyader, tikinti maqnatı Donald Tramp bir sıra sərsəm fikirləri ilə, artıq siyasi qalmaqal yarada bilib. Dərin ağıla malik olmayan və beynəlxalq siyasi proseslərdən xəbərsiz görünən bir şəxsin Ağ Evə sahiblənəcəyi ABŞ-ın liderliyi ilə yaradılmış dünya düzəninə zədələnmək təhlükəsi yaradıb. Soyuq müharibədən sonra yaranmış beynəlxalq münasibətlər sistemindən razı olan bütün ölkələr bu düzənin pozula biləcəyindən narahatdırlar.
Kəmağıl milyaderin Ağ Evə sahiblənməsi narahatedici olsa da, fikrimcə, bunu çox da şişirtmək lazım deyil. ABŞ-ın mükkəməl dövlət sisteminə, balanslaşdırılmış hakimiyyət bölgüsünə malik olması hətta Donald Tramp kimi ağıldankəmin də Vaşinqtonun siyasətini kəskin şəkildə dəyişə bilməyəcəyini söyləməyə əsas verir.
Digər tərəfdən, artıq dünyanın gələcəyi tam şəkildə siyasətçilərdən asılı deyil və buna görə Ağ Evə kimin sahiblənəcəyi ilə bağlı ciddi narahat olmağa dəyməz. 
 
Dünyanı dəyişən insanlar

İndi bəşəriyyətin gələcəyi Ağ Ev sahibinin kimliyindən, onun aparacağı siyasətdən daha çox İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts,Sergey Brin və Larri Peyc kimi ixtiraçı iş adamlarının uğurlarından asılıdır. Bu böyük insanların uğurlu ixtiraları dünyanı bütün siyasətçilərin fəaliyyətindən artıq dəyişir.
Mark Şukerberqin facebook-u dünyada tamamilə yeni vəziyyət yaratdığı kimi, İlon Maskın uğurları yaxın illərdə dünyanın inkişaf istiqamətini tamamilə dəyişə bilər. Buna görə də, Donald Tramp kimi siyasətçilərin nə dediyinə, nə etdiyinə çox da diqqət yetirib, pəjmürdə olmağa dəyməz. Əksinə, İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts, Sergey Brin və Larri Peyc kimi şəxsiyyətlərin uğurlarını izləməklə dünyanın gələcəyinə daha nikbin yanaşmaq lazımdır.
İlon Maskın qısa müddətdə "SpaceX” şirkətilə əldə etdiyi uğurlar ABŞ, Rusiya (Sovet İttifaqı), Çin, Fransa kimi dövlətlərin kosmosun fəhti istiqamətindəki uğurlarını kölgədə qoydu. Xüsusilə də kosmik raketin ilk pilləsinin yerə endirilməsi heç bir dövlətin bu günə kimi əldə edə bilmədiyi uğurdur.
Fikrimcə, bu möhtəşəm uğura baxmayaraq, İlon Maskın bəşəri əhəmiyyətli uğuru "Tesla Motors” şirkəti ilə əldə etdikləridir. Məhz İlon Maskın dahi ixtiraçı Nikola Teslanın şərəfinə "Tesla Motors” adlandırdığı şirkət daxiliyanma mühərriki ilə işləyən avtomobllər üçün sonun başlanğacı oldu.
"Tesla Motors”un uğurları istisnasız olaraq dünyanın bütün aparıcı avtomobil şirkətlərini seçim qarşısında qoydu və onlar mövcudluqlarını saxlamaq üçün elektromobillər istehsal etməyə başladılar.

Hökumətlərin yeni planı

Bu gün "Volvo” şirkəti  "Volvo C30 Electric”, "Ford” şirkəti "Ford Focus Electric”, "Nissan” şirkəti  "Leaf” və "Smart ForTwo Electric Drive”, "Toyota” şirkəti "Prius Plug-In Hybrid”, "Chevrolet” şirkəti "Volt” və "Spark EV”, "Honda” şirkəti "Fit EV”, "Mitsubishi” şirkəti "I-MiEV”, "Renault” şirkəti  "Fluence Z.E” və "Renault Zoe” kimi elektomobilləri ilə "Tesla Motors”un elektrik mühərrikli maşınları ilə rəqabət aparmağa çalışdığı bir vaxtda, Almaniyanın dünya şöhrətli "Mercedes”, "BMW”, "Audi”, "Opel” şirkətləri də özlərinin elektobillərinin rəqabətə davamlığını təmin etmək üçün qızğın iş görürlər.
Dünyanın ən bahalı şirkəti "Apple” özünün "Apple Car” elektromobilini satışa çıxardığı gün isə daxiliyanma mühərriki ilə işləyən avtomobillərin heç bir prespektivi qalmayacaq.
Dünyanın aparıcı avtomobil şirkətlərinin elektromobillər istehsalına başlaması hökmətləri də İlon Maskın çağrışlarına cavab vermək məcburiyyətində qoyub. İndi Qərbdə, xüsusilə də Avropada hökumətlər elektromobil istehsalını stimullaşdırmağa çalışırlar. Məsələn, Norveç, Belçika, İsveç və Niderlandın dövlət strukturları "Volvo”nun elektromobillərinin müştəriləri olmaq niyyətindədirlər.
Avropa ölkələrində avtomobillərdən istifadənin qadağan edilməsi ilə bağlı qızğın müzakirələr aparılır, bəzi ölkələr artıq daxiliyanma mühərrikli maşınlardan istifadə ilə bağlı son müddət müəyyən ediblər.
Elektromobillərin avtomobilləri bazarlardan tamamilə sıxşdırıb çıxardığı gün neft dövrü rəsmən başa çatacaq. Qərbin beyin mərkəzləri, böyük fikir adamlarının ümumi rəyinə görə, neft dövrünün başa çatması dünyada avtoritarizm və totalitarizmin sonu olacaq.

Alternativ enerjinin neft problemi

Neftin gələcəyinin olmadığını heç şübhəsiz, bərpa olunan mənbələrdən alınan alternativ enerjinin hakim mövqe qazanması təsdiq edəcək. Bu proses artıq tam sürətlə gedir və yaxın zamanlarda nəticələrini hər kəs hiss edəcək. Baxmayaraq ki, neftin bir barellinin 200 ABŞ dolları olacağını iddia edən, bu xülya ilə yaşayanlar hələ də var. Əslində isə, bu iddiaların ciddi əsası yoxdur və neft dövrünün başa çatacağı qarşısıalınmaz prosesdir.
Neft dövrünün başa çatması ilə bağlı ən gözəl ifadəyə Rusiya Əmanət Bankının prezidenti German Qrefin bu prosesə həsr olunmuş bir çıxışında rast gəlmişdim.
G.Qrefin fikrincə, daş dövrünün başa çatması daşın qurtarması ilə bağlı deyildi, sadəcə, insanlar metalın emalı ilə bağlı texnologiyaları öyrəndilər. İndi neft dövrü ona görə sona çatmır ki, "qara qızıl” tükənib, sadəcə, yeni texnologiyalar alternativ enerji əldə edilməsini asanlaşdırıb.
Sonralar bu məntiqli və obrazlı ifadənin Səudiyyə Ərəbistanının sabiq neft naziri Əhməd Zəki Yamaniyə məxsus olduğunu öyrənəndə təəccübləndim.
24 il ən böyük neft ölkəsinin neft naziri olan Əhməd Zəki Yamanini "Neft haqqında hər şeyi bilən adam” adlandırırlar. Əgər  neft dövrünün başa çatdığını "Neft haqqında hər şeyi bilən adam” deyirsə, bunu şübhə altına almağa dəyməz. Əksinə, bu sözlərdən nəticə çıxarmaq lazımdır.
Əhməd Zəki Yamaninin fikirlərini alternativ enerjidən istifadənin sürətlə artması da təsdiqləyir. Artıq Avropa Birliyində istehsal olunan elektrik enerjisinin 20 faizi bərpa olunan mənbələrdən əldə edilir.

2025-ci ildən sonra neft alıcısı tapılmayacaq

Günəşin bir saat ərzində Yerə verdiyi enerji dünya iqtisadiyyatının bütöv il ərzində istifadə etdiyi elektrik enerjisi qədərdir. Deməli, Günəş Yerin əsas enerji mənbəyi olduğu kimi, elektrik enerjisinin alınmasında əsas mənbə olmalıdır. Xüsusilə də, Günəşin hələ milyard illər enerji verməkdə davam edəcəyini nəzərə aldıqda,  məsələnin mübahisə predmetinə çevrilməsinə əsas qalmır.
Sadəcə, uzun illər Günəş enerjisindən elektrik enerjisi almaq baha başa gəldi. Ancaq Günəş lövhələrinin istehsalı zamanı əldə edilən texnoloji yeniliklər onun qiymətini təxminən 300 dəfə ucuzlaşdıraraq 76 dollardan 30 sentə düşməsinə səbəb oldu. Günəş lövhələri istehsalının ucuz başa gəlməsi bu lövhələr vasitəsilə əldə olunan elektrik enerjisinin qiymətini kəskin ucuzlaşdırıb və rəqabətdə önə çıxarıb.

Kapitalın əks istiqamətə axını

Mayın 8-də Almaniyada baş verənlərə inanmaq belə çətindir. Həmin gün Günəş və külək vasitəsilə alınan elektrik enerjisi istehlakçıların tələbatının 87 faizini təmin etməklə, elektrik enerjisinin qiymətini 0-dan aşağı saldı. Bu isə istehsalçıları istehlakçılara verdiyi elektrik enerjisinə görə pul ödəmək məcburiyyətində qoydu. Bu zaman Almaniyanın baş verən texnoloji yeniliklərə hazır olmadığı üzə çıxdı. Belə görünür ki, hətta Qərbdə də Günəş lövhələri vasitəsilə alınan enerjinin belə tezliklə rəqabətdə önə çıxacağını gözləmirmişlər. 
Üç il əvvəl İlon Mask yaxın 20 ildə Günəş enerjisinin əsas enerji mənbəyi olacağını bəyan edəndə, çoxları buna şübhə ilə yanaşırdı. Məsələn, "Exxon Mobil” şirkətinin baş direktoru Reks Tillerson bəyan etmişdi ki, Günəş lövhələri vasitəsilə alınan enerji 2040-cı ilə kimi 2 faizdən çox olmayacaq.
Ancaq 2013-cü ildə Günəş lövhələri vasitəsilə alınan elektrik enerjisi iki fazidən çox oldu və dünyanın ən böyük neft şirkətlərindən birinin rəhbərinin proqnozlarını alt-üst etdi. Əslində, Reks Tillerson neft şirkətlərini gözləyən fəlakətin reallığı ilə barışmaq istəməyib və bu istəyini həqiqət kimi təqdim etməyə çalışıb.
Buna baxmayaraq, neft şirkətləri ilə yanaşı neft ölkələrini gözləyən iqtisadi fəlakətin qarşısnı almaq mümkün deyil. Neftin qiymətinin yalnız iki dəfə ucuzlaşması kapitalın əks istiqamətə - neft istehsal edən ölkələrdən neft idxal edən ölkələrə axmasına səbəb olub.
Belə ki, neftin bir barrelinin 100 dollardan 50 dollara düşməsi nəticəsində son iki ildə Yaxın Şərqin neft ölkələri 350 milyard, Rusiya 200 milyard dollar itirdiyi halda, Avropa 300 milyard, ABŞ 200 milyard, Asiya regionu 400 milyard qazanıb. ABŞ və Avropa isə həmin pulların bir hissəsini Günəş enerjisinin əldə olunmasına yönəldir. Günəş enerjisindən elektrik enerjisi alınması ilə bağlı işlərə bu günə kimi 300 milyard dollara yaxın sərmayə yönəldilib. Bu sərmayənin 2030-cu ilə kimi 400 milyarda çatacağını proqnozlaşdıran ekspertlər yəqin ki, ən geci 2025-ci ildə öz proqnozlarının gercəkləşəcəyinin şahidi olacaqlar.

Ən çox sərmayə qoyulan sahə

Yalnız ötən il bərpa olunan mənbələrdən elektrik enerjisinin alınması ilə bağlı layihələrə neft və qaz layihələrindən iki dəfə artıq sərmayə qoyulub. Bu proses yeni vüsət alır və biz bu sahədə bir çox inanılmaz olayların gerçəkləşməsinin şahidi olacağıq.
Bərpa olunan mənbələrdən, xüsusilə də Günəş enerjisindən elektrik enerjisi alınmasına yalnız Qərb ölkələri maraq göstərmir. Bu proses Asiya və Afrikanı da ağuşuna alıb.
Bu prosesdən kənarda qalan azsaylı ölkələr var ki, onlardakı vəziyyəti belə xarakterizə etmək olar. Daş dövrü min illiklər öncə başa çatsa da, bəzi ölkələrdə daş dövrünün "qalıqları” hələ də mövcuddur.  Həmin "qalıqlar” neft və qazın əvəzedilməzliyi haqqında nağıllar uydurmaqdan əl çəkmirlər. Bu adamlar 21-ci əsrdə texnologiyanın bütün əsrlərdə olduğundan daha sürətlə inkişaf etdiyini görə, duya bilməzlər.
Elmi-texniki inkişaf isə bizim təsəvvür etmədiyimizdən də sürətlə gedir. Bu inkişaf təxminən 10 il sonra - 2025-ci ildə neftə olan təlabatı tamamilə aradan qaldıracaq və neft istehsalçıları alıcı tapa bilməyəcəklər. Artıq bunun ilk əlamətləri hiss olunur. Neft dolu tankerlər müştəri olmadığı üçün həftələrlə açıq dənizdə üzmək məcburiyyətində qalırlar. 10 il sonra bu mənzərə daha dəhşətli olacaq və neft istehsalçıları 1000 barrel neft satanda sevinəcəklər.
Odur ki, dünyanın hansısa ölkəsində, hətta yeganə super güc olan ABŞ-da kəmağıl bir şəxsin dövlət başına gəlmə ehtimalı sizi dünyanın gələcəyi ilə bağlı bədgüman düşüncələrə  sövq etməsin. Siz İlon Mask, Mark Şukerberq, Tim Kuk, Ceff Bezos, Bil Qeyts, Sergey Brin və Larri Peycin dünyanı necə sürətlə dəyişdirdiklərini izləyin. Bu, sizi gələcəyə daha nikbin baxmağa sövq edəcək. 
Reyting.az 


скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
31-07-2019, 14:06 Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?
8-07-2019, 10:46 Xəqani CƏFƏRLİ - Televiziyaların qəbirqazanı - YouTube
26-06-2019, 16:31 Xəqani CƏFƏRLİ - Oliqarxlara qarşı qiyam
12-06-2019, 16:59 Xəqani CƏFƏRLİ - Avtoritar rejimlər üçün geri sayım başlayıb - Politoloq yazır
13-05-2019, 10:21 Xəqani CƏFƏRLİ - Türkiyənin son şansı - X. Cəfərli yazır
7-05-2019, 00:05 Xəqani CƏFƏRLİ - Avrointeqrasiyanın mənfi və müsbət tərəfləri hansılardır?
24-04-2019, 10:15 Xəqani CƏFƏRLİ - Azərbaycan əqli məhsul istehsalı dövrünə hazırdırmı?
14-04-2019, 23:13 Xəqani CƏFƏRLİ - Azərbaycan gənci ali təhsili harada almalıdır?
8-04-2019, 11:30 Xəqani CƏFƏRLİ - Qubad İbadoğlunun tövsiyələrinə sözardı
4-04-2019, 13:34 Xəqani CƏFƏRLİ - Nazarbayevdən sonra növbə kimindir?
17-03-2019, 10:43 Xəqani CƏFƏRLİ - Putin rejimi ilə yeni savaş
10-03-2019, 01:07 Xəqani CƏFƏRLİ - Postsovet adamı və İlon Mask
25-02-2019, 16:12 Xəqani CƏFƏRLİ - 1989-cu ildəki siyasi mənzərənin təkrarı
14-02-2019, 11:04 Xəqani CƏFƏRLİ - Venesuela dərsləri - X. Cəfərli yazır
26-01-2019, 19:17 Xəqani CƏFƏRLİ - Ərdoğanın rişxəndə səbəb olan qərarı
20-08-2018, 13:04 Xəqani CƏFƏRLİ - Ərdoğanın yanlışı
12-02-2018, 22:44 Xəqani CƏFƏRLİ - Estoniya nümunəsi
3-02-2018, 20:35 Xəqani CƏFƏRLİ - “Kreml hesabatı” - Başlanğıc, yoxsa...
28-01-2018, 22:34 Xəqani CƏFƏRLİ - Ərdoğanın Suriya imtahanı
20-01-2018, 00:08 Xəqani CƏFƏRLİ - Moldova zorən müttəfiqlikdən xilas olur
6-01-2018, 15:15 Xəqani CƏFƏRLİ - Prosesin Rusiya, Qafqaz və Yaxın Şərq təhlükəsi
26-12-2017, 10:02 Xəqani CƏFƏRLİ - 2018 - siyasi təlatümlər ili, yoxsa...
11-12-2017, 16:11 Xəqani CƏFƏRLİ - Yeni ilin ilk ayı – Dekabr
4-12-2017, 10:50 Xəqani CƏFƏRLİ - Ermənistanın növbəti hiyləsi
25-11-2017, 14:08 Xəqani CƏFƏRLİ - Devrilmək növbəsi çatmış diktatorlar
20-11-2017, 10:40 Xəqani CƏFƏRLİ - Qaragünlü Zimbabve ağ günə çıxacaqmı?
21-10-2017, 12:47 Xəqani CƏFƏRLİ - Prezidentin qardaşını həbs edən xanım
11-10-2017, 15:45 Xəqani CƏFƏRLİ - “Rusiyanın vicdanı” öldü
5-10-2017, 13:34 Xəqani CƏFƏRLİ - Separatçılığın yeni dalğası
13-03-2017, 11:50 Xəqani CƏFƏRLİ - Neft zənginlərinin qara günləri
4-03-2017, 17:44 Xəqani CƏFƏRLİ - Dəlisov prezident
25-02-2017, 15:53 Xəqani CƏFƏRLİ - Lukaşenko Putin mifini dağıdır
19-02-2017, 14:55 Xəqani CƏFƏRLİ - Trampın ilk itkisi
8-02-2017, 18:36 Xəqani CƏFƏRLİ - Qloballaşmadakı fasilə
30-01-2017, 16:06 Xəqani CƏFƏRLİ - Trampa qarşı ilk qiyam
23-01-2017, 15:46 Xəqani CƏFƏRLİ - Təh­lü­kə­li Tramp döv­rü
17-01-2017, 17:30 Xəqani CƏFƏRLİ - Ərdoğanın savaşı
9-01-2017, 11:57 Xəqani CƏFƏRLİ - Rusiyanı Tramp da xilas edə bilməyəcək
30-12-2016, 16:31 Xəqani CƏFƏRLİ - İllərə bərabər ay
26-12-2016, 15:30 Xəqani CƏFƏRLİ - Rusiyaya dekabr zərbəsi
6-12-2016, 16:29 Xəqani CƏFƏRLİ - Rusiyanın yeni istəyi
30-11-2016, 12:29 Xəqani CƏFƏRLİ - Yeni savaş
21-11-2016, 14:01 Xəqani CƏFƏRLİ - Trampın zədəli qələbəsi
25-10-2016, 17:33 Xəqani CƏFƏRLİ - Rusiyanın Hələb cinayətləri
18-10-2016, 15:03 Xəqani CƏFƏRLİ - Prezidentlərin müqayisəsi
9-10-2016, 17:57 Xəqani CƏFƏRLİ - Sorosun ittihamı
27-09-2016, 17:48 Xəqani CƏFƏRLİ - Şübhəli qələbə
20-09-2016, 22:52 Xəqani CƏFƏRLİ - Rusiya güzəştə gedib?
28-08-2016, 23:04 Xəqani CƏFƏRLİ - Baş nazirin yanlış öncəgörməsi
8-08-2016, 00:29 Xəqani CƏFƏRLİ - Rusiyanın taleyi Suriyada həll olunur

{sape_links}{sape_article}