20:31 / 22-10-2025
Əli İnsanov: "Burnunu tutsan, canı çıxar, həbsxanada dözməz"
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
19:23 / 22-10-2025
İsveç Ukraynaya 120 ədəd döyüş təyyarəsi satmaq istəyir
18:05 / 22-10-2025
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

19:14 / 18-10-2025

14:39 / 19-10-2025

08:12 / 19-10-2025

00:03 / 18-10-2025

Putin rejimi ilə yeni savaş
Tarix: 17-03-2019 10:43 | Bölmə: Xəqani CƏFƏRLİ

Ötən həftə Qərb dünyası, ABŞ Dövlət katibi Mayk Pompeonun ifadəsi ilə desək, Transatlantik dünyası Rusiya prezidenti Putinin qurduğu rejimlə münasibətdə bir həftə əvvələ kimi gözlədiyi “qırmızı xətt”i keçdi.
İlk olaraq ABŞ Nümayəndələr Palatası Putin rejimini hədəfə alan dörd qanunvericilik aktı qəbul etdi. Həmin qanunvericilik aktlarından biri dörd il əvvəl Moskvada - Kremlin divarları yaxınlığında qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun qətlinin sifarişçi və təşkilatçılarının üzə çıxarılmasını, bu qətl işi ilə bağlı Vaşinqtonun tələblərinin Rusiya təmsilçiləri ilə bütün görüşlərdə qaldırılmasını vəzifə olaraq Vaşinqton təmsilçilərinin qarşısında qoyan (Calling for accountability and justice for the assassination of Boris Nemtsov) qətnamədir. Qətnamədə Boris Nemtsovun qətlinin ABŞ-ın müvafiq qurumları tərəfindən araşdırılması da nəzərdə tutulur.
Qətnamədə deyilir ki, Nümayəndələr Palatası Rusiya prezidenti Vladimir Putini və onun rejimini siyasi opponentlərini təqib etdiyinə və Boris Nemtsovun qətli ilə bağlı məlumatları gizlətməkdə ittiham edir. Bu, faktiki olaraq ABŞ qanunvericiləri tərəfindən B. Nemtsovun qətlinə görə məsuliyyətin bir başa Putinin üzərinə qoyulmasıdır.
Nümayəndələr Palatasının qəbul etdiyi digər qanunvericilik aktı (Vladimir Putin Transparency Act) Putinin şəxsi sərvətinin və yaxın ətrafının, xüsusilə də Çeçenistanın başçısı Ramzan Kadırovun varidatının aşkar edilib üzə çıxarılmasını ABŞ-ın müvafiq qurumları qarşısında vəzifə qoyub.

Qanunvericilk aktının tələbinə görə, Vladimir Putin Transparency Akt-ı qüvvəyən mindikdən 180 gün sonra ABŞ Milli kəşfiyyatının direktoru maliyyə naziri və dövlət katibi ilə birlikdə Putinin və onun yaxın ətrafının bütün dünyadakı sərvətləri ilə bağlı hesabat təqdim etməlidir.
Nümayəndələr Palatasının digər qanunvericilik aktı (KREMLIN Act) ABŞ Milli Kəşfiyyatından tələb edir ki, Rusiya Federasiyasının siyasi rəhbərliyinin niyyətləri, Rusiyanın ABŞ və onun müttəfiqlərinə qarşı mümkün təhlükələrini müəyyən edən üç hesabat hazırlasın.
Nümayəndələr Palatası Krımın Rusiyanın bir hissəsi kimi ABŞ tərəfindən tanımağı da qəti qadağan edir.
Nümayəndələr Palatasının qəbul etdiyi bu dörd qanunvericilik aktı Konqressin yuxarı palatasında, Senatda qəbul edildikdən və prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Həmin qanunvericilik aktlarının Nümayəndələr Palatasında yekdilliklə qəbul edilib Senat tərəfindən qısa zamanda təsdiqlənəcəyini göstərir.
ABŞ-ın Nümayəndələr Palatası ilə eyni vaxtda Avropa Parlamenti də Rusiyanı mühakimə edən qətnamə qəbul etdi. Həmin qətnaməyə görə, Rusiya ilə 1994-cü ildə bağlanmış Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsinə yenidən baxılmalıdır. Avropa Parlamenti bəyan edir ki, bundan sonra Rusiya ilə münasibətlər beynəlxalq hüquq və demokratik prinsiplər əsasında qurulmalıdır.
ABŞ və Avropa Parlamenti ilə yanaşı Qərbin icra orqanları da Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etdilər. Martın 15-də ABŞ, Kanada və Avropa Birliyi Rusiyanın bir sıra rəsmi şəxslərini və şirkətlərini sanksiyalara məruz qoydular.
Kanadının tətbiq etdiyi sanksiyada prezident Putinə ən yaxın şəxs hesab olunan, Rusiyanın neft nəhəngi “Rosneft” şirkətinin prezidenti İqor Seçinin və Putinin şəxsi bankı hesab olunan “VTB” Bankın prezidenti Andrey Kostinin adlarının yer alması Rusiya prezidenti ətrafında həlqənin daraldığını göstərir.
Bu sanksiyalar tətbiq olunduğu zamanda ABŞ-ın 6 ədəd strateji təyyarəsi “B-52H Stratofortress”in Böyük Britaniyanın hava limanına endi. Nüvə başlıqları və 20 ədəd “Tomahawk” raketi daşıyan “B-52H Stratofortress”in ABŞ-dan Avropaya göndərilməsi Qərblə Rusiya arasında münasibətlərin ən pis mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi şərhçilər belə münasibətin hətta “soyuq müharibə” illərində də müşahidə olunmadığını qeyd edirlər.
Rusiya müxalifətinin nüfuzlu simalarından olan Leonid Qozman Qərbin yeni sanksiyalarını savaşın elan edilməsi kimi qiymətləndirib. Siyasətçi hesab edir ki, bu sanksiyalara kimi gözlənilən “qırmızı xətt” artıq keçilib və geri dönüş mümkün deyil.
ABŞ Dövlət katibi Mayk Pompeo isə 15 martda “Twitter”də yaydığı açıqlamada Rusiyanın beynəlxalq hüququ pozmasına dözməyəcəklərini qeyd edib.
Bütün bunlar Qərb dünyasının Putin rejimi ilə haqq-hesab çəkmək niyyətinin tam ortada olduğunu göstərir. Belə görünür ki, Qərbin Rusiya ilə qarşıdurması Putin rejimi çökənə kimi davam edəcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?