20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Təh­lü­kə­li Tramp döv­rü
Tarix: 23-01-2017 15:46 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-­da­kı so­nun­cu pre­zi­dent seç­ki­lə­ri­nin qa­li­bi Donald Tramp yan­va­rın 20-­də and içə­rək rəs­mən səla­hiy­yət­lə­ri­nin ic­ra­sı­na baş­la­yıb.

An­diç­mə mə­ra­si­min­də­ki 15 də­qi­qə­lik çı­xı­şı da Tram­pın seç­ki kam­pa­ni­ya­sı za­ma­nı səs­lən­dir­di­yi fikir­lə­rin da­va­mı ol­du. Bu isə o de­mək­dir ki, ya­xın dörd il­də dün­ya­da qlo­bol prob­lem­lər da­ha da ar­ta­caq, Ru­si­ya və Çin ki­mi döv­lət­lər hər­bi güc­lə­rin­dən is­ti­fa­də edə­rək qon­şu­la­rı­nı təh­did et­mə­yi güc­lən­di­rə­cək­lər. Çün­ki bu gü­nə ki­mi ABŞ Ru­si­ya­nın ye­ni impe­ri­ya ya­rat­maq me­yil­lə­ri­nə döz­mə­yə­cə­yi­ni nüma­yiş et­dir­mək­lə rəs­mi Mosk­va­nın id­di­a­la­rı­nın qar­şı­sı­nı alır­dı. An­caq in­di Mosk­va post­so­vet məkanın­da tam sər­bəst­lik qa­za­na bi­lər ki, bu da keçmiş so­vet res­pub­li­ka­la­rı­nın müs­tə­qil­li­yi üçün təhlü­kə­dir.

Tram­pın Ru­si­ya, onun dik­ta­tor li­de­ri Pu­tin­lə anlaşma eh­ti­ma­lı­nın re­al­laş­ma­sı isə bə­şə­riy­yə­ti ya­xın dörd il­də cid­di prob­lem­lər­lə üz­ləş­di­rə bi­lər. Məhz Tram­pın ra­zı­lı­ğı ilə Ru­si­ya­nın Hə­ləb qətliamını dün­ya­nın baş­qa yer­lə­rin­də də tək­rar­la­ma­sı müm­kün­dür.

Tram­pın döv­rün­də ABŞ­-ın dün­ya­da­kı ro­lu­nun azal­ma eh­ti­ma­lı nə qə­dər yük­sək­dir­sə, bu pro­ses­dən Azər­bay­ca­nın zə­rər gör­mə eh­ti­ma­lı da o qə­dər çox­dur. Əgər kə­ma­ğıl Tramp post­so­vet mə­ka­nı­nı Rusiya­nın tə­sir zo­na­sı ki­mi ta­nı­sa, Azər­bay­can, ermə­ni­rus it­ti­fa­qı­nın da­ha ağır təz­yi­qi ilə üz­lə­şə bilər. Yə­ni post­so­vet mə­ka­nın­da sər­bəst hə­rə­kət et­mək hü­qu­qu qa­za­nan Ru­si­ya bu re­gi­on­da sər­həd­lə­ri ye­ni­dən çək­mə­yə me­yil­lə­nər. Bu pro­se­sin Azər­bay­ca­nın xey­ri­nə ol­ma­ya­ca­ğı­nın anon­su­nu isə Ru­si­ya rəs­mi­lə­ri ar­tıq ve­rib­lər.

Qeyd edək ki, Ru­si­ya­nın xa­ri­ci iş­lər na­zi­ri Ser­gey Lav­rov rəs­mi Ba­kı­nın Azər­bay­can tor­paq­la­rı üzərində­ki su­ve­ren hü­qu­qu­nu şüb­hə al­tı­na alan sərt açıq­la­ma­ ve­rib. Bu açıq­la­ma­ya Azər­bay­can­da ha­ki­miy­yət və cə­miy­yət tə­rə­fin­dən sərt eti­raz edil­mə­mə­si tə­əs­süf do­ğu­rur. Çün­ki Lav­ro­va sərt eti­raz­la­rın edil­mə­mə­si Mosk­va­nı da­ha da şir­nik­di­rər və müm­kün­dür ki, Ru­si­ya xa­ri­ci iş­lər na­zi­ri­nin fi­kir­lə­ri han­sı­sa rəs­mi sə­nəd­lər ha­lı­na sa­lın­sın.

Ser­gey Lav­ro­vun Azər­bay­ca­nın dün­ya bir­li­yi tə­rə­fin­dən ta­nın­mış rəs­mi sər­həd­lə­ri çər­çi­və­sin­də an­ti-ter­ror kam­pa­ni­ya­sı apar­maq hü­qu­qu­nu ta­nı­mır və bu­nun müm­kün ol­ma­ya­ca­ğı­nı çox açıq mə­tin­lə bə­yan edir. Be­lə gö­rü­nür ki, Mosk­va Tarm­pın sə­la­hiy­yət­lə­ri­nin rəs­mən ic­ra­sı­na baş­la­ma­sı­nı göz­lə­mə­dən də post­so­vet mə­ka­nın­da, o cüm­lə­dən də Cə­nu­bi Qaf­qaz­da özü­nün ye­ni im­pe­ri­ya qay­da­la­rı­nı tət­biq et­mə­yə baş­la­yıb.

Yan­va­rın 20-­də Tramp rəs­mən və­zi­fə­si­nin ic­ra­sı­na baş­la­dı­ğı üçün Mosk­va­nın da söz­dən işə ke­çə­cə­yi­ni göz­lə­mək olar. Post­so­vet res­pub­li­ka­la­rı ara­sın­da isə Mos­va­nın təz­yiq­lə­ri­nə ən çox mə­ruz qa­la bi­lə­cək öl­kə­lə­rin si­ya­hı­sı­nın ba­şın­da Azər­bay­ca­nın adı gə­lir.

Be­lə ki, Gür­cüs­tan və Uk­ray­na ki­mi res­pub­li­ka­la­rı Va­şinq­ton­da çox nü­fuz­lu se­na­tor və konq­res­men­lər mü­da­fi­ə edir. On­la­rın bə­zi­lə­ri hət­ta bir ne­çə gün ön­cə bu res­pub­li­ka­la­ra sə­fər edə­rək Va­şinq­to­nun hi­ma­yə­si­ni vəd edib­lər. Azər­bay­ca­nın isə Va­şinq­ton­da be­lə dost­la­rı yox­dur. Üs­tə­lik, Azər­bay­can Ru­si­ya­nın ən ya­xın müt­tə­fi­qi Er­mə­nis­tan­la mü­ha­ri­bə və­ziy­yə­tin­də­dir.

ABŞ Ru­si­ya­nın post­so­vet mə­ka­nın­da söz sa­hib­li­yi­ni ta­nı­yar­sa, re­gi­on­da ya­ra­na­caq ye­ni si­ya­si və­ziy­yət ilk növ­bə­də Azər­bay­ca­nın zə­rə­ri­nə ola bi­lər. Bu­na gö­rə də, Va­şinq­ton­da baş ve­rən­lə­ri da­ha diq­qət­lə iz­lə­mək və baş ve­rə bi­lə­cək si­ya­si dəy­şik­lik­lə­rə ha­zır ol­ma­lı­yıq.


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər