23:20 / 03-07-2025
Günay Qurbanova yenidən Avropa çempionu olub
22:38 / 03-07-2025
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - Foto
21:10 / 03-07-2025
Dövlət başçıları Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər - Fotolar
19:57 / 03-07-2025
"Sputnik-Azərbaycan" işi: beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib
19:05 / 03-07-2025
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndində olublar - (Yenilənib) - Fotolar
18:17 / 03-07-2025
Peşə tanınması: 179 namizəd keçid balını toplaya bilməyib
18:01 / 03-07-2025
Paşinyanın partiyası müxalifəti terrorçulara köməkdə ittiham edir
17:43 / 03-07-2025
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırıb
17:19 / 03-07-2025
Rusiya aktivlərinin müsadirəsi üçün layihə hazırlayıblar
16:47 / 03-07-2025
Azərbaycan dili üzrə test imtahanının nəticələri elan olunub
16:37 / 03-07-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib
16:31 / 03-07-2025
Abituriyentlərin şikayətləri araşdırılıb
16:12 / 03-07-2025
Beyləqanda 16 yaşlı oğlan kanalda batıb
16:01 / 03-07-2025
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb
15:55 / 03-07-2025
Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidə fabrikin fəaliyyəti ilə tanış olublar
15:43 / 03-07-2025
Güclü külək əsəcək - Xəbərdarlıq
15:25 / 03-07-2025
Admiral ruslarla bağlı xəbərdarlıq edir
15:06 / 03-07-2025
Qırğızıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Yenilənib
15:04 / 03-07-2025
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
14:55 / 03-07-2025
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
14:40 / 03-07-2025
İlham Əliyev Qarabağa səfər edib - (Yenilənib+) - Fotolar
14:34 / 03-07-2025
İki prezident Füzuli rayonuna səfər edib - Foto
14:29 / 03-07-2025
Ruslar sosial binaları vurub, ölən və yaralılar var
14:23 / 03-07-2025
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaq
13:52 / 03-07-2025
İsrail iki ölkə barədə Rusiya ilə gizli danışıqlar aparıb
13:43 / 03-07-2025
Məhkəmə Vüqar Səfərli ilə bağlı qərar verib
13:08 / 03-07-2025
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
13:16 / 29-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:20 / 29-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

00:40 / 29-06-2025

14:15 / 30-06-2025

23:57 / 28-06-2025

12:56 / 29-06-2025

11:03 / 30-06-2025

1989-cu ildəki siyasi mənzərənin təkrarı
Tarix: 25-02-2019 16:12 | Bölmə: Xəqani CƏFƏRLİ

Rusiya ictimai-siyasi mühitinin ən görkəmli simalarından biri, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun İctimai əlaqələr kafedrasının müdiri, tarix elmləri doktoru Valeri Solovey müsahibələrinin birində Rusiyadakı hazırkı ictimai-siyasi vəziyyəti 1989-cu ildə Sovet İttifaqında mövcud olmuş vəziyyətə bənzədib.
Dörd il əvvəl Kreml yaxınlığında qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsini anım tədbiri professor Soloveyin haqlı olduğunu qismən təsdiqlədi.
Qətlə yetirilmiş müxalifət liderinin xatirəsini anım tədbirləri bir neçə məsələyə görə diqqəti cəlb edib:
Birincisi, bu tədbirlər Rusiyanın 30-dan artıq şəhərində keçirilib.
İkincisi, bu tədbirlərdə demokratik müxalifət birgə iştirak edib.
Üçüncüsü və ən əsası, keçirilən aksiyalar hüzn tədbiri kimi deyil, rejimə qarşı sərt etiraz aksiyaları kimi diqqət cəlb edib.
“Putin oğrudur!”, “Putinsiz Rusiya!”, “Rədd olsun çekistlərin hakimiyyəti!”, “Putin Rusiyanın üzqarasıdır!”, “Lüstrizasiya!” kimi şüarların səslənməsi Rusiyanın siyasi gündəmini müəyyən etmək baxımından çox önəmlidir. Aydın görünür ki, Rusiya müxalifəti sosial şüarlarla deyil, ən sərt siyasi şüarlarla meydana çıxıb. Məhz bu məqam professor Soloveyin haqlı olduğunu, Rusiyada ictimai-siyasi vəziyyətin 1989-cu ilin təkrarı olması haqqında qənaətini təsdiqləyir. Çünki 1989-cu ildə də Moskvanın küçə və meydanlarındakı etirazların hədəfi indiki kimi hakim rejim idi.
Valeri Soloveyin fikrincə, yalnız onu əlavə etmək olar ki, 1989-cu ili xatırladan təkcə Rusiyadakı ictimi-siyasi vəziyyət deyil. Ötən əsrin sonlarında demokratikləşmə prosesindən kənarda qalmış bütün postsovet respublikalarında 1989-cu ilin ab-havası hökm sürür.
Qazaxıstanda etirazlar hökumətin istefası ilə nəticələnib. Ancaq Orta Asiyanın ən böyük respublikasında köklü hakimiyyət dəyişiklikləri gözlənilir.
Böyük ehtimalla bu il Gürcüstanda müxalifətin tələb etdiyi erkən parlament seçkilərinə qərar verilməsinin şahidi olacağıq. İqtidarda olan “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından istefa tələbi, parlament seçkiləri ehtimalını daha da artırıb.
Ümumiyyətlə, bütün postsovet respublikalarında yuxarıdan və ya aşağıların təzyiqi ilə başladılan dəyişiklikləri bundan sonra tez-tez müşahidə edəcəyik.
1989-cu ildə Sovet İttifaqını bürüyən dəyişiklik hərəkatı ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın şər imperiyası adlandırdığı SSRİ-nin dağılması ilə nəticələndi. Postsovet məkanında başlayan yeni dalğanın hədəfi isə avtoritar və kleptokratik rejimlər olacaq. İndi hamını düşündürən sual bu proseslərin nə zaman yekunlaşacağı ilə bağlıdır.
Professor Solovey hesab edir ki, başlanan proses ötən əsrin sonlarındakından fərqli olaraq indi daha sürətlə gedəcək. Çünki, indi 1989-cu ildən fərqli olaraq internet və sosial şəbəkələr kimi fenomen mövcuddur.
Bu gün Rusiyada baş verənləri izlədikdən sonra 19 yanvar mitinqinin postsovet məkanında başlayan yeni demokratikləşmə dalğasının nəticəsi olması haqqında qənaətimi daha da qətiləşdirdi. 1989-cu il doğrudan da təkrarlanır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?