11:08 / 15-10-2025
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
11:00 / 15-10-2025
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
10:46 / 15-10-2025
Yeni silah Rusiya və Çini təşvişə sala bilər
10:40 / 15-10-2025
Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
10:38 / 15-10-2025
Müğənni 10 illik rekorda imza atıb
10:37 / 15-10-2025
"Azneft”in direktoru vəzifədən azad olunub
10:15 / 15-10-2025
Xalq artisti Ramiz Quliyev vəfat edib
10:09 / 15-10-2025
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
09:39 / 15-10-2025
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
09:38 / 15-10-2025
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
08:58 / 15-10-2025
Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb
08:49 / 15-10-2025
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
08:32 / 15-10-2025
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
08:27 / 15-10-2025
Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib
08:21 / 15-10-2025
Suriyanın yeni lideri Moskvaya gəlir
08:15 / 15-10-2025
Tramp Çinin köməyi ilə Rusiyaya sürpriz edə bilər
00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

12:31 / 10-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

Hər 100 manatdan elmə 70 qəpik... utancvericidir
Tarix: 26-10-2019 17:30 | Bölmə: Xəqani CƏFƏRLİ

Cəmiyyətin diqqətini tez-tez təhsil və elm sahəsindəki problemlərə yönəldən Azərbayan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Ratqers Universitetinin professoru Qubad İbadoğlu 2020-ci ilin dövlət büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyin güc strukturlarına, 18 manat 20 qəpiyin tikintiyə, 1 manatın ətraf mühitin mühafizəsinə, 70 qəpiyin isə elmə xərclənəcəyi ilə bağlı “Facebook” səhifəsində paylaşdığı statusunu “Sizcə, bu nə qədər ədalətli bölgüdür?” sualı ilə bitirib.
Bu suala qısa cavab verməzdən öncə dünaya ölkələri arasında elmi tədqiqatlara fərqli münasibəti əks etdirən bəzi məqamlara diqqət yönəltmək istərdim.
İsrail, Cənubi Koreya və Yaponiyanın nümunəsi göstərir ki, Ümumi Daxili Məhsulda (ÜDM) elmi araşdırma və kəşflərə daha çox pay ayıran dövlətlər sürətli inkişafa nail olurlar. Bu gün İsrail bu məqsədlə ÜDM-nin 4.58 faizini ayıran yeganə ölkədir. Cənubi Koreyanın eyni məqsədlə xərcləri ÜDM-nin 4.55 faizini təşkil edir. Üçüncü yerdə İsveç, dördüncü yerdə Yaponiya gəlir. Bu ölkələr müvafiq olaraq elmi araşdırma və kəşflərə ÜDM-nin 3.31 və 3.20 faizini sərf edirlər. Ümumiyyətlə, inkişaf etmiş dövlətlər bir qayda olaraq elmi araşdırma və kəşflərə ÜDM-nin ən azı 2 faizini xərcləyirlər.
ABŞ elmi araşdırma və kəşflərə ÜDM-nin 2.8 faizini sərf edir. Faiz nisbətinə görə ABŞ 8-ci yerdədir. Ancaq onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bu məqsədlə ayırdığı ÜDM-nin 2.8 faizi 500 milyard dollardan artıqdır.
Ötən il ABŞ-ın elmi araşdırma və kəşflərə qoyduğu sərmayə 511.1 milyard dollar olub. Uzun illərdir ki, ABŞ bu göstəriciyə görə dünya dövlətlərini çox qabaqlayır.
Özünü ABŞ-ın rəqibi kimi təqdim edən Rusiya elmi tədqiqatlara təxminən 40 milyard dollar və ya ÜDM-nin cəmi 1.11 faizini xərcləyir.
Çox acınacaqlıdır ki, Azərbaycan elmi tədqiqatlara ayırdığı sərmayənin ÜDM-dəki payına görə Estoniya, Rusiya, Latviya, Litva, Moldova, Ukrayna, Gürcüstan və Ermənistandan geri qalaraq Özbəkistanla eyni pillədə qərarlaşıb.
Keçmiş sovet respublikarı arasında ÜDM-dən elmə ən çox pay ayıran ölkələrin siyahısına Estoniya başçılıq edir. Estoniya ÜDM-nin 1.32 faizini elmə ayırır. Bu isə dünya üzrə 23-cü nəticədir.
Qafqaz respublikaları arasında liderlik Gürcüstana məxsusdur. Bu ölkə elmi tədqiqatlara ÜDM-nin 0.29 faizini ayırır. Ermənistan isə ÜDM-nin 0.23 faizini ayırmaqla reytinq sıralamasında Azərbaycanı 4 pillə qabaqlayır. Azərbaycanın ÜDM-dəki həcmi ilə öyünməyi sevən rəsmi Bakının elmi tədqiqatlara ÜDM-dən cəmi 0.19 faiz ayırması və bu göstəriciyə görə Özbəkistanla yanaşı durması utancvericidir.
Elmi tədqiqatlara 5111.1 milyard dollar xərcləyən ABŞ-ın ardınca gələn Çin eyni məqsədlə 451.2 milyard dollar sərf edir. Çinin elmi tədqiqatlara xərclədiyi 451.2 milyard dollar onun ÜDM-nin 2.12 faizi həcmindədir. Bu göstəriciyə görə Asiya nəhəngi 15-ci yeri tutur.
Yaponiya ötən il elmi tədqiqatlara 168.6 milyard dollar xərcləməklə üçüncü yeri tutubsa, Almaniya 118.5 milyard xərcləyərk dördüncü yerdə qərarlaşıb.
Digər Asiya nəhəngi Cənubi Koreya elmi tədqiqatlara 79.4 milyard xərcləməklə eyni məqsədlə 62.2 milyard dollar sərf eləyən Fransanı qabaqlayıb. Fransanın ardınca elmi tədqiqatlara 50.1 milyard dollar xərcləyən Hindistan gəlir.
Bu siyahıda səkkizinci yeri tutan Böyük Britaniya elmi tədqiqatlara 47.2 milyard dollar xərcləyir.
Son illər elmi tədqiqatlara sərmayə qoyuluşunu mütəmadi olaraq artıran Braziliya ötən il bu məqsədlə 41.1 milyard dollar xərcləyib. Bunun sayəsində Braziliyanın elm sahəsində uğurları sürətlə artır.
Elmə ən çox vəsait xərcləyən ölkələrin onluğunda sonuncu yer Rusiyaya məxsusdur. Rusiyadakı korrupsiyanın səviyyəsini nəzərə aldıqda, həmin 39.7 milyard dolların əhəmiyyətli hissəsinin təyinatı üzrə xərclənmədiyi məlum olur. Ümumiyyətlə, son 10 ildə Rusiyada hərbi məqsədlər üçün büdcədən ayırmaların sürətlə artımı müşahidə edilsə də, elmi tədqiqatlara ayrılan sərmayənin ÜDM-dəki payı azalan xətlə davam edir. Aydın görünür ki, Azərbaycan da bu məsələdə Rusiyanın yolu ilə gedir.
Son olaraq Q. İbadoğlunun “Sizcə, bu nə qədər ədalətli bölgüdür?” ritorik sualına cavab vermək istərdim.
Bu, çox böyük ədalətsizlik olmaqla yanaşı, utancverici göstərici və gələcəyə səhv yanaşmadır. Deyəsən, bu sahədə Ermənistandan geri qalmaq da Azərbaycan hakimiyyətini narahat eləmir...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?