17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
13:25 / 15-10-2025
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
13:21 / 15-10-2025
Prezident yeni idarə yaradıb - Fərman
13:04 / 15-10-2025
Sabah yağış yağacaq
12:54 / 15-10-2025
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
12:46 / 15-10-2025
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
12:43 / 15-10-2025
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
12:39 / 15-10-2025
AFFA baş məşqçini cəzalandırıb
12:28 / 15-10-2025
Sabiq nazir: "Dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir"
12:15 / 15-10-2025
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

19:49 / 10-10-2025

18:00 / 10-10-2025

Qubad İbadoğlunun tövsiyələrinə sözardı
Tarix: 08-04-2019 11:30 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-ın məşhur Ratqers Universitetinin azərbaycanlı professoru Qubad İbadoğlu Azərbaycan gənclərini xarici dillərdən birini mükəmməl öyrənməyə, seçdikləri ixtisasın sirlərini dərindən mənimsəməyə və ali təhsilin növbəti pilləsini xaricdə oxumağa çağırıb.
Azərbaycan xalqının böyük oğlu, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərində fransız botanika alimi müsyo Jordanın (Dövrünün görkəmli nəbatət alimi Klod Toma Aleksis Jordanın prototipi) dili ilə Şahbaz bəyi (Azərbaycan gəncliyini) Avropa elmini və Avropa xalqlarından birinin dilini öyrənməyə cağırır. Böyük mütəfəkkirin şah əsəri hesab etdiyim bu komediyada cadügər Dərviş Məstəli Şah, Şəhrəbanu və Sənəm (cəhalət və metalitet) Şahbaz bəyin (Azərbayan gəncliyinin) Fransaya gedib fransız dilini və dünyada ən çox tələbat duyulan elmlərdən birini - nəbatət elmini öyrənməsinə imkan vermirlər.
Mirzə Fətəli Axundzadənin bu çağırışından təxminən 170 il sonra Azərbaycan xalqını dünyanın elm mərkəzlərində ləyaqətlə təmsil edən professor Qubad İbadoğlu azərbaycanlı gəncləri yenidən ölkə xaricində təhsil almağa və əcnəbi dillərdən birinə mükəmməl şəkildə sahiblənməyə səsləyir. Onun bu çağırışının qarşısını cəhalətin almasına imkan verməmək hər bir Azərbaycan ziyalısının borcudur.
Professor Qubad İbadoğlunun tövsiyəsinə sözardı olaraq hansı xarici dilin öyrənilməsinin daha önəmli olmasını da dəqiqləşdirməliyik.
Qeyd edim ki, müasir dövrdə bir deyil, ən azı iki əcnəbi dili mükkəməl bilmək vacibdir. İngilislərin müdrik bir kəlamı var: “Neçə xarici dil bilirsən, o sayda da insansan”.
Ancaq iki və daha çox əcnəbi dili öyrənməyin hər bir şəxsin imkanları daxilində olmadığını, bir xarici dil bilməyin isə artıq zərurətə çevrildiyi bir zamanda yaşadığımızı nəzərə alaraq, öyrəniləcək əcnəbi dili doğru seçməliyik.
Gənclər hansı xarici dili öyrənməlidir?
Son bir neçə ildə yanlış olaraq Azərbaycanda rus dilinin arealı çox genişlənib. Bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur.
Rusiya bizim qonşuluğumuzda yerləşən böyük dövlətdir və hazırda bu ölkədə bir neçə milyon soydaşımız yaşayır. Bu səbəblərə görə, rus dilinin öyrənilməsi təbiidir. Ancaq rus dilinin Azərbaycanda ikinci dilə çevrilməsi, əcnəbi dillər arasında önə çıxması yanlış və zərərlidir. Bu zərər yalnız təhlükəsizlik məsələləri və Rusiyanın siyasi təsirinin artma ehtimalı ilə bağlı deyil. Məsələ ondadır ki, rus dilinin işlənmə çoğrafiyası Sovet İttifaqının dağılmasından sonra əhəmiyyətli dərəcədə kiçilib. Ötən il aparılan bir araşdırmada son 25 ildə rus dilində danışanların sayının 35 milyon azalaraq 143 milyona düşdüyü üzə çıxmışdı. Rus dilində danışanların sayının azalması bundan sonra da davam edəcək. Azərbaycanda isə sanki bu təbii prosesin əksinə gedirlər və bu gün rus dili öyrədilən gənclik bir neçə il sonra valideynlərinin bu seçiminə peşman olacaqlar.
Dünyada belə bir rəy mövcuddur ki, əcnəbi dilin öyrənilməsi onun gərəkliliyinə görə müəyyən olunmalıdır. Yəni, əgər bir şəxs İslam mədəniyyətini öyrənmək, araşdırmaq niyyətindədirsə, hökmən ərəb dilini öyrənməldir.
Ərəb dilinin əhəmiyyətini artıran bir başqa məqam bu dildə danışanların sayının 300 milyon nəfər təşkil etməsi və 25 dövlətin rəsmi dili olmasıdır. Neft və qaz biznesi ilə məşğul olanlar da ərəb dilinə ehtiyac duyurlar.
Fransız dili gələcəyin dizaynerlərinin bilməli olduğu ən vacib dil hesab olunur. Eyni zamanda parfumeriya ticarəti ilə məşğul olmaq niyyətinə düşənlərin də fransız dilini bilməsi faydalıdır.
Almaniya dünyada ən üstün tibbə malik ölkə kimi tanınır və buna görə də gələcəyin təbiblərinin alman dilini bilmələri zəruridir. Bu, onların tibb elminin yeniliklərini izləmək imkanlarını artıracaq.
Digər tərəfdən, Almaniya dünyanın ən böyük iqtisadiyyatına malik beş dövlətindən biridir. Alman dilini bilməklə gənclər dünyanın beş ən böyük iqtisadiyyata malik dövləti ilə işgüzar münasibətlər qurmaqda üstünlük əldə edəcəklər.
Çin son 20 ildə çox sürətli inkişaf yolu keçərək dünyanın ikinci ən böyük iqtisadiyyatına malik dövlətinə çevrilib. Təxminən 20 il sonra Çinin ən böyük iqtisadiyyata malik dövlətə çevriləcəyi gözlənilir. Eyni zamanda Çində informasiya texnologiyaları (İT) sahəsində çox böyük uğurlar qazanılıb. Bütün bunlara görə çin dili gələcəyin biznesmenləri və İT üzrə mütəxəssislər üçün vacib dilə çevrilib.
İspan və portuqal dilləri gələcəyini Latın Amerikası ilə bağlamaq istəyənlər üçün çox önəmlidir.
İspan, portuqal, alman, fransız və çin dillərinin rus dilindən daha üstün olduğunu dillərlə bağlı yuxarıdakı qısa qeydlər də aydın göstərir.
Hətta ispan, portuqal, alman, fransız və çin dilləri ilə müqayisədə rus dilinin seçilməsini müəyyn mənada anlamaq mümkün olsa da, bu gün dünyanın ilk və hələlik yeganə universal dilinə çevrilmiş ingilis dili ilə müqayisədə rus dilinə üstünlük verilməsi anlaşılmazdır. Bunu məlumatsızlıq və dünyadakı proseslərdən bixəbərliklə izah etmək olar.
İngilis dili 378 milyona yaxın insanın ana dili hesab olunur. Avropa əhalisinin 33 faizi məhz bu dildə danışır. İngilis dilini öyrənməyi zəruri, vazkeçilməz edən təkcə bu amillər deyil. Bu statistika önəmli olsa da, ingilis dilini vazkeçilməz edən daha önəmli amillər var. Məsələn, dünyanın 100-dən artıq ölkəsində ingilis dili rəsmi işləmələrdə istifadə olunur. İngilis dili dünyanın 62 ölkəsinin rəsmi dili və ya rəsmi dillərindən biridir. Bu gün bəşəriyyətin üçdə biri ingilis dilini öyrənir. Yalnız Çində 300 milyon insan ingilis dili kurslarına gedir, ingilis dilində 50 min məktəb mövcuddur. İngilis dilinin öyrənilməsini zəruri edən əsas amil isə onun bu gün elm, aviasiya, texnologiya, diplomatiya və turizm dili olmasıdır.
İngilis dilinin bu üstünlüklərinə görə Çində dövlət və yerli idarəetmə orqanlarının işçilərindən ingilsi dilində ən azı 300 söz bilmələri tələb olunur. Çində ən yüksək əməkhaqqı alanların arasında ingilis dili müəllimlərinin də olması, bu dilə tələbatdan irəli gəlir.
Bütün dünya üzrə kompüterlərdə toplanmış bilginin 85 faizi ingilis dilindədir. İngilis dilini bilməklə həmin bilgilərə çıxış əldə edilir. İngilis dilində olan həmin məlumat və bilgilərin çox cüzi hissəsi rus dilinə tərcümə olunub. Bu tərcümələrin nə qədər səhih olması isə başqa bir məsələdir.
Fikrimcə, ingilis dilinin ən böyük önəmi onun bu gün elm dili olmasıdır. Əgər biz dünya xalqları sırasında layiqli yerimizi tutmaq istəyiriksə, elmə sahiblənməliyik. Elmə sahiblənmək üçün ingilis dilini öyrənməli, onu rus dilinin əvəzinə, ikinci dilə çevirməliyik. Bunu edə bilsək iqtisadiyyatın və turizmin inkişafı üçün əlavə resurslar qazanmış olarıq.
Professor Qubad İbadoğlunun gənclərə ali təhsilin növbəti pilləsini xaricdə oxumaq və ixtisaslarına dərindən yiyələnməklə bağlı tövsiyəsində ifadə olunan məqam da çox önəmlidir. Azərbaycan gəncliyinin harada və hansı ixtisaslar üzrə təhsil almasının daha xeyirli olması növbəti yazımızın mövzusudur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?