23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Böyük layihənin çöküşü - Fotolar
Tarix: 26-12-2019 16:12 | Bölmə: Xəqani CƏFƏRLİ

Dekabrın 20-də ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Qanununu (National Defense Authorization Act for Fiscal Year 2020-NDAA) imzaladı. Bu qanunvericilik aktında Rusiyanın iki qaz kəmərinə - “Şimal Axını-2” və “Türk Axını”na qarşı nəzərdə tutulan sanksiyalar dərhal qüvvəyə mindi.
Trampın Milli Müdafiə Səlahiyyət Qanununu imzalayacağına bir çoxları inanmasa da, bu, qarşısıalınmaz idi. Çünki, NDAA Konqresin aşağı palatasında 377, Senatda isə 86 səslə qəbul olunmuşdu.
Konqresin kəskin anti-Rusiya mövqeyinin nəticəsi olaraq ərsəyə gələn qanunvericilik aktının qanunverici orqanında təmsil olunan hər iki partiya tərəfindən güclü dəstəyə malik olması NDAA-nın prezident tərəfindən imzalanmasını qaçılmaz edirdi. Buna görə də, Tramp qanunvericilik aktını dərhal imzaladı və Rusiyaya qarşı sərt sanksiyalar qüvvəyə mindi.

NDAA-nın qüvvəyə minməsi ilə “Şimal Axını-2” qaz kəmərinin çəkilişini həyata keçirən İsveçrənin “Allseas” şirkəti fəaliyyətini dərhal dayandırıb, texnikasını tikinti ərazisindən çıxarmağa başladı. İsveçrə şirkətinin kəmərin çəkilişini dərhal dayandırmasında respublikaçı senatorlar - Ted Kruz və Ron Consonun şirkətə ünvanladıqları xəbərdarlıq məktubunun da böyük təsiri oldu.
Senatorlar həmin məktubda bildirirdilər ki, “Şimal Axını-2” qaz kəmərinin çəkilişini dərhal dayandırmayacağı təqdirdə “Allseas” şirkəti müflis olacaq. Bundan sonra İsveçrə şirkəti qaz kəmərinin çəkilişini dərhal dayandırmaq məcburiyyətində qaldı.
İndi dünyada, o cümlədən Rusiyada heç kim çəmi 160, bəzi hesablamalara görə isə 120 km-lik çəkilməmiş sahəsi qalmış 1200 km-lik “Şimal Axını-2” qaz kəmərinin taleyinin necə olacağını dəqiq deyə bilmir. Rusiyada bu kəmərin gələcəyi ilə bağlı nikbinlik hər ötən gün azalsa da, Azərbaycanın Rusiyapərəst mediası reallıqların əksini iddia edərək, kəmərin çəkilişinin yaxın zamanlarda yekunlaşacağını sübut etməyə çalışır.
Görəsən, bu mövqe nə qədər əsaslıdır?

Həqiqət ondan ibarətdir ki, rəsmi Moskva Vaşinqtonla anlaşa bilməsə Rusiya “Şimal Axını-2” qaz kəmərinin çəkilişini ən azından yaxın zamanlarda başa çatdıra bilməyəcək. ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün Qərbin heç bir şirkəti qaz kəmərinin çəkilişinin başa çatdırılmasını öz üzərinə götürməyəcək. Rusiya isə Azərbaycan mediasının iddialarının əksinə olaraq, bu kəmərin sualtı çəkilişini həyata keçirmək üçün müvafiq texnologiyaya malik deyil.
Rusiyanın “Şimal Axını-2” qaz kəmərinin çəkilişini davam etdirmək üçün müvafiq texnologiyaya malik olmadığını Birləşmiş Gəmitikinti şirkətinin prezidenti Aleksey Rəhmanov da etiraf edib. Şirkət prezidenti çox qısa və qəti şəkildə bildirib ki, qaz kəmərinin tikintisini həyata keçirəcək gəmiyə malik deyillər. Ancaq lazımi maliyyələşmə olarsa, dörd il ərzində müvafiq gəmini inşa edə biləcəklərini bəyan edib. Rusiyanın malik olduğu gəmilər isə müvafiq standartlara cavab vermədiyindən Avropanın ərazi sularında qaz kəmərinin çəkilişini həyata keçirə bilməzlər.
Qeyd edək ki, ABŞ-ın sanksiyası Moskvanı Kiyevin iradəsinə tabe olmağa vadar edib. Bu səbəbdəndir ki, “Qazprom” Ukrayna üzərindən qaz ixracatını bərpa etməyə və 3 milyard dollar cəriməni ödəməyə razılaşıb.

Bundan başqa, “Qazprom” 5 il ərzində qaz ixracatına görə Ukraynaya daha 15 milyard dollar ödəyəcək.
ABŞ Konqresinin sanksiyası “Şimal Axını-2” qaz kəmərinin fəaliyyətini həmişəlik dayandırıb-dayandırmayacağı hələlik məlum olmasa da, Rusiya ən azı qarşıdakı beş il ərzində qaz ixracına görə Ukraynadan asılı olacaq. Bu isə yaxın beş ildə Rusiyanın Ukraynaya qarşı böyük müharibəyə başlama ehtimalını aradan qaldırır. Əks halda “Qazprom” Avropaya qaz ixracı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməz. Bu da Rusiyanın ən böyük şirkətini iflas həddinə çatdırar. “Qazprom”un iflası isə Rusiya üçün fəlakət deməkdir. Buna görə də Konqresin “Şimal Axını-2”qaz kəmərinə yönəlik sanksiyasını Ukraynanın təhlükəsizliyinin siyasi təminatçısı kimi də dəyərləndirmək olar.
Ancaq ABŞ tətbiq elədiyi sanksiyalarla kifayətlənməyərək Ukraynanın müdafiə qabiliyyətinin artırılması üçün Kiyevə 734 milyon dollar ayırıb. Bu vəsait əsasən Ukrayna ordusunun ehtiyac duyduğu müasir silahların alınmasına yönəldiləcək.
Rusiya üçün əsl bir kabus olacağı hər sətrindən görünən 2020-ci maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Qanununun qüvvəyə minməsi eyni zamanda Vaşinqtonun Moskvaya yönəlik siyasətinin daha da kəskinləşəcəyindən xəbər verir. Qanunda Kremlin təsirlərinə və Rusiyanın dezinformasiya siyasətinə qarşı mübarizə aparmaq üçün daha 250 milyon dolların ayrılması da nəzərdə tutulur. Bütün bunlar göstərir ki, rəsmi Vaşinqton Putinə yerini göstərməkdə qərarlıdır.
Avropanın Rusiyanın enerjidaşıyıcılarından asılılığının artmasına yol vermək istəməyən Vaşinqton qoca qitənin bazarlarını sıxılmış qazla doldurmağa davam edir.
ICIS konsaltinq şirkətinin məlumatına görə, noyabr ayında ABŞ-dan Avropaya 2 milyon ton, yəni 2.8 milyard kubmetr qaz ixrac olunub. Bununla ABŞ Avropaya sıxılmış qaz ixracatında Qətəri də ötüb. Hazırda Avropada qaz bolluğu yaşanır. Qoca qitənin anbarlarında 100 milyard kubmetrdən artıq qaz yığılıb və bu, rekord göstərici hesab olunur.
Ekspertlər mülayim keçən qış və artan qaz idxalatı nəticəsində Avropada qazın min kubmetrinin qiymətinin 70 dollara düşə biləcəyi ilə bağlı xəbrdarlıq edirlər. Bu gün Avropanın qaz bazarlarında müşahidə olunan bu vəziyyət davamlı xarakter alarsa, Azərbaycan da daxil olmaqla, qaz ixracatına böyük ümid bəsləyən ölkələr ciddi maliyyə itkisi ilə üzləşməli olacaqlar. Azərbaycan mediasının bununla bağlı müzakirələrə başlamaq əvəzinə, Rusiyanın “Şimal Axını-2” qaz kəmərini “xilas etmək cəhdi”ni davam etdirməsini isə anlamaq mümkün deyil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?