Komitə sədri Avropa Şurasının nümayəndəsi ilə saziş bağlayıb - Foto
Tarix: 19-01-2017 16:34 | Bölmə: Cəmiyyət / Xəbərlər


17 Yanvar 2017-ci il tarixində "Hilton Baku” mehmanxanasının "Sevda” zalında "Azərbaycan Peintensiar İslahatlara Əlavə Dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə - İvan Koedjikov – Avropa Şurası Cinayətə Qarşı Fəaliyyət Departamentinin rəhbəri, İnsan Hüquqları və Qanun Aliliyi üzrə Baş Direktorluğu, xanım Draqana Filipoviç – Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, xanım Malena Mard – Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eləcə də Avropa Şurasının ekspertləri: - Dr Yorq Pont – Vyana Universitetinin Tibb fakültəsinin professoru, Con MkQakin – İrlandiya Həbsxana Xidmətinin keçmiş rəhbəri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini – Hüseyn Əlixanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəhbəri – Rəfail Mehdiyev, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov və digər şəxslər iştirak ediblər.

Tədbirdə Avropa Şurasının nümayəndəsi, layihə məsləhətçisi, cinayət hüququ sahəsində əməkdaşlıq bölməsi, İnsan hüquqları qanunun aliliyi üzrə Baş Direktorluğunun əməkdaşı xanım İldiko Nemets – Salatçz Avropa İttifaqının və Avropa Şurasının birgə Azərbaycanda Penitensiar islahatlara əlavə dəstək layihəsinin təqdimatı üzrə geniş məruzə ilə çıxış edib.

Tədbirdən sonra Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviçlə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov təkbətək görüşərək geniş fikir mübadiləsi aparıb və gələcək əməkdaşlıq barəsində saziş bağlayıblar.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}