Filarmoniyanın direktoru işdən çıxarılıb - Yeni təyinat
Tarix: 16-02-2017 15:20 | Bölmə: Mədəniyyət / Xəbərlər

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.

Reyting.az Report-a istinadla xəbər verir ki, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş keçmiş direktoru Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}